Şrift:
Fərəc Quliyevin təhsil siyasətinə bir baxış
24.09.2013 [09:51] - Gündəm, Gənclik, Siyasi partiyalar, Fərəc Quliyev
Prezidentliyə namizəd təhsilə ayrılan vəsaitin artırılmasını tələb edib

Prezidentliyə namizəd Fərəc Quliyev prezident seçiləcəyi təqdirdə Azərbaycanda təhsilə olan münasibəti köklü şəkildə dəyişəcək. Namizədin hakimiyyət konsepsiyasında ən mühim məqamlardan birini də təhsilə olan münasibət tutur. F.Quliyev elm adamlarını ölkənin ən dəyərli milli sərvəti hesab edir. Konsepsiyaya görə xaricə alim axının qarşısını alan proqramlar işlənməli və xaricdən ölkəmizə dəvət olunan kadrlar milli kadrlarla əvəz olunmalıdır. O, konkret faktlar təqdim edir ki, elmi dərəcəsinə, biliklərinə görə xaricdən böyük vəsaitlər və qonararlar hesabına Azərbaycana dəvət olunan kadrlarla eyni səviyyədə olan öz insanlarımız həmin vəsaitlərdən də az məbləğ üçün xarici ölkələrə üz tuturlar. Nəticə etibariylə ölkəmizdən xaricə elmi axın yaranır. Hansi ki, Azərbaycanın bunun qarşısını almaq potensialı var. F.Quliyev millət vəkili kimi Milli Məclisdə elmi kontingentin əmək haqlarının artırılmasını tələb etmiş və bununla bağlı rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası dəfələrlə dövlət orqanlarına müəyyən təkliflər vermiş, siyasi iradə nümayiş etdirmişdir.
Millət vəkili Milli Elmlər Akademiyasından kənarda olan alimlərin də maddi təminatının yüksəldilməsini tələb edir. O, Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2012-ci il Dövlət büdcəsi ilə bağlı çıxışında təklif etmişdir ki, “növbəti ilin büdcəsində Milli Elmlər Akademiyasında çalışanlar, eyni zamanda təhsil sahəsində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılsın. Akademiyada işləyən alimlərin stimullaşdırılması üçün büdcədən müəyyən qədər vəsait nəzərdə tutulub. Amma ali məktəblərdə işləyən alimlər üçün bu nəzərdə tutulmayıb. Hesab edirəm ki, büdcədə ali məktəbdə işləyən alimlərin də stimullaşdırılması nəzərdə tutulmlıdır.”
F.Quliyev bundan əlavə tələb etmişdir ki, elmin və təhsilin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılmasına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.
Prezidentliyə namizəd hazırkı hökumətin korrupsiyaya qarşı apardığı mübarizənin təhsil müəsisələrində nəticəsiz olmasının səbəbini müəllimlərə verilən əmək haqlarının aşağı olması ilə əlaqələndirir. O, MM-dəki çıxışında 100-150 manat əmək haqqı ilə müəllimi dolanmağa məcbur edən hökuməti sərt tənqid etmiş, verilən bu əmək haqqı ilə rüşvətin qarşısını almağın çətin olacağını ifadə etmişdir. F.Quliyev dövlətin təhsil işçilərinin əmək haqlarının bir neçə dəfə artırma gücündə olduğunu bildirmiş və bunun nəzərə alınmasını tələb etmişdir.
Prezidentliə namizəd təhsildə sosial siyasətin həyata keçirilməsini təhsilin inkişafı üçün əsas şərtlərdən biri hesab edir. O, dövlət univerisitetlərində ödənişli təhsilin faizinin sıfıra salınması və tələbə yataqxanalarının yenidən bərpa edilməsini təxirasalınmaz işlərdən hesab edir. F.Quliyev bununla bağlı MM-dəki çıxışı zamanı yaşadığı yerdən uzaqda təhsil alan tələbələrin valideyinlərinin bir çoxunun övladları üçün kirayə mənzil götürmək imkanlarının olmamasının nəzərə alınmasını tələb edib: “Hazırda tələbə yataqxanaları məsələsi ən ağrılı problemlərdən biri olaraq qalır. Xüsusilə ali məktəblərə qəbul olunan tələbələrin yataqxanalarla təminatı məsələsi daha qabarıq şəkildə üzə çıxır. Bütün valideyinlərin övladlarını kirayə evlərdə yaşayışla təmin etməyə imkanı yoxdur. Ona görə də təklif edirəm ki, tələbə yataqxanalarında yaşayan məcburi köçkünlərin köçürülməsi, həmin yataqxanaların təmir edilməsi və yenilərinin tikilməsinə əlavə vəsait ayrılsın.”
Millət vəkilin bu təklifindən sonra hazırkı hakimiyyət bu barədə müəyyən bəyanatlar səsləndirib. Lakin hələ ki, gözəçarpan bir ciddi irəliləyiş təqdim edə bilməyib. Prezidentliyə namizəd Fərəc Quliyev isə bunun təxirəsalınmaz bir məslə olduğunu və bu durumla hər ötən ili Azərbaycanın təhsilinin bir dövrünə zərbə hesab edir. O, hakimiyyətinin elə ilk günlərindən bu layihələrin sürətli icrasına start vermək niyyətindədir. Fərəc Quliyevə görə təhsildə sosial siyasət Azərbaycan kimi ölkələrdə ən azında bir müddət üçün mütləqdir.
Bu xəbər oxucular tərəfindən 1849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed