Şrift:
Asəf Quliyev istefasının əsl səbəbini AÇIQLADI
05.10.2013 [13:58] - Siyasət
AXCP sədrinin müavini və Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev Hafta.az-a açıqlamasında bildirib ki, Milli Şuradan və AXCP üzvlüyündən istefa verib: “Səbəb barədə geniş açıqlama vermək istəmirəm. Zərurət olarsa, sonra açıqlama verərəm. Oktyabrın 5-dəki mitinqdə adi vətəndaş kimi iştirak edəcəyəm. Sadəcə bunları deyim, Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MŞ-ın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum. Şübhəsiz ki, yenə də bu yolda olacağam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verdim”.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed