Şrift:
Nasir Fəkuhi: Türk dilinə zəif deyənlərin dayandığı məntiq şovinizmdir
21.10.2013 [13:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanlı antropoloq və publisist türk dilində təhsil haqqına qarşı çıxanlara kəskin reaksiya verib



Tanınmış iranlı antropoloq və publisist Nasir Fəkuhi Böyük İslam Ensiklopediyası ilə müsahibəsində güneydə türk dilinin naqis bir dil olduğu üçün türk dilində təhsil haqqına qarşı çıxanlara kəskin reaksiya verib.

“Təəssüflə bu sahələrdə səlahiyyətləri olmayan şəxslər şovinist düşüncələrindən qaynaqlanan saçmalıqlara əsaslanaraq belə iddiaları irəli sürürlər... Bizim ölkəmizdə danışılan türk dili dünyada 170-dən 250-ə miliona qədər insanın danışdığı türk dilləri ailəsinə məxsusdur..,”- deyə Tehran Universitetinin müəllimi bəyan edib.

Fars etnik qrupuna mənsub antropoloq Nasir Fəkuhi həmçinin deyib ki, “unutmamaq lazimdir ki, 2006 ilin ədəbiyyatda Nobel mükafatını Orhan Pamuk və İstanbul türkcəsi qazandı. Bu gün Türkiyə beynəlxalq elmi çevrələrdə çox yüksək bir mövqeyə sahibdir.

Azərbaycan Respublikası da bu sahədə sürətlə inkişaf etməkdədir. Türkcənin zəif bir dil olduğunu iddia edənlər hətta Təbriz kitab evlərinə baş vurub, burada nəşr edilmiş türkcə kitabları belə görməyiblər.”

Ötən aylarda əslən türk və azərbaycanlı olan alim Cavad Təbatəbayi İranın Mehrnamə adlı tanınmış aylıq dərgisi ilə müsahibəsində İran Azərbaycanında danışılan türkcənin zəif bir dil olduğu və bu dildə təhsil almağın faydasız olduğunu irəli sürmüşdü.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed