Şrift:
Edvard Snouden 30 min məxfi informasiyanı ictimailəşdirə bilər
25.10.2013 [11:56] - Gündəm, Hadisə
Rusiyaya qaçan ABŞ kəşfiyyatçısı Qərb ölkələrini ifşa edəcək
Dünya ABŞ-dan qaçıb və Rusiyada müvəqqəti sığınacaq almış kəşfiyyat zabiti Edvard Snoudenin fəaliyyəti ilə bağlı təzadlı məlumatlar yayılmaqda davam edir.

“Vaşinqton Post “ qəzeti Sniudenin Rusiyayay qarşı da kəşfiyyat xidməti apardığını yazıb.

Qəzet iddia edir ki, sabiq Mərkəzi Kəşfiyyat İdarəsini əməkdaşı Rusiya, İran və Çin xüsusi xidmət orqanları ilə bağlı sessasiya doğura biləcək məlumatlar sahibdir və bu ölkələrin əməkdaşlıq etdiyi ölkələrlə bağlı da məlumatlar yayıla bilər.

Xüsusilə, gizli danışıqları Snouden ictimailəşdirə bilər. Onun əlində 30 minə yaxın sənəd var. Bu sənədlərdə 35 ölkənin rəhbərliyinin məxfi telefon danışıqları da yer alıb. Əsas rezonans doğuran məqam da budur.
Artıq məsələyə Rusiya prezidenti Vladimir Putin də münasibət bildirib. O, müttəfiq ölkələrin kəşfiyyatının bir-birinin telefon danışıqlarıa qulaq asmalarının Rusiya üçün maraqlı olmadığını deyib.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed