Şrift:
"Fənərbaxça" baş məşqçi İsmail Kartalla yolları ayırır
10.05.2024 [13:10] - Gündəm, İdman
Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" baş məşqçisi İsmail Kartalla bağlı qərar verib.

İstanbul klubu mövsümün sonunda müqavilə müddəti başa çatan mütəxəssislə yolları ayıracaq.

Mənbənin sözlərinə görə, Ali Koçun yenidən prezident olacağı təqdirdə klub əcnəbi məşqçi ilə davam edəcək.

Qeyd edək ki, İsmail Kartal bu mövsüm "Fənərbaxça" ilə 55 matçda 41 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə hər matçda orta hesabla 2,36 xal qazanıb.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed