Şrift:
Şuşadakı "ASAN xidmət" mərkəzi iyunda hazır olacaq
10.05.2024 [13:13] - Gündəm
“Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyun ayının sonunda hazır olmalıdır”.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

“Həm Xankəndi, həm də Şuşa şəhərlərinin sakinləri Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzinin fəaliyyətindən yararlana bilərlər. Ümumilikdə isə Şuşa ilə yanaşı, Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də "ASAN Xidmət" mərkəzlərinin yaradılması nəzərdə tutulur”, - Ülvi Mehdiyev vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed