Şrift:
Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı öz işinə başlayıb
25.11.2011 [13:44] - Diaspor
Bu gün Rusiyanın Moskva şəhərində Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı öz işinə başlayıb. Qurultaya Rusiya Federasiyasının 72 regionundan 130 nümayəndə seçilib. Qurultayın işində Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qonaq qismində iştirak edirlər.
Qurultayın işində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Zeynal Naqdəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edirlər.
Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresi 2000-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə təsis olunub. Fəaliyyət göstərdiyi müddət ərzində ÜAK Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib.
Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed