Şrift:
Elektron hökumət portalında iki yeni elektron xidmət yerləşdirilib
04.11.2013 [16:16] - Sosial
“Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə göndərilmiş arayışları əldə etməyin və onları müvafiq quruma təqdim etməyin qısa yolu portala əlavə edilmiş “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” və “Portal üzərindən verilən arayışların yoxlanılması” adlı elektron xidmətlərdən keçir.

İstifadəçi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə daxil olduqda ekranda istifadəçinin “FİN”-ə uyğun fərdi məlumatları əks olunacaq. “Portal üzərindən verilən arayışların yoxlanılması” xidmətindən istifadə etmək üçün “PDF” formatında olan elektron müraciətin ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.

Qeyd edək ki, həmin məlumatları kompüterdə yadda saxlamaq üçün “PDF” düyməsindən istifadə etdikdən sonra elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed