Şrift:
Ramiz Rzayev: Məhkəmələr yol-nəqliyyat hadisələrinə dair işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsi formalaşdırmalıdırlar
15.11.2013 [12:23] - Xəbərlər, Hüquq
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Pleniumu keçirilir.

Plenium iclasını açan Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, respublikada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halları artıb. Yol nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması və bu hadisələrlə bağlı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev 2012-ci il dekabrın 26-da "Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin güncləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" xüsusi Sərəncam imzalayıb.

Ali Məhkəmə sədrinin sözlərinə görə, Sərəncama əsasən, dövlət orqanları qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoyulub. O, cümlədən Ali Məhkəməyə tövsiyə edilib ki, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlqədar mövcud məhkəmə təcrübəsi ümumiləşdirilsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsi formalaşdırılsın.

Pleniumda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında məsələ geniş müzakirə olunub, təhlillər aparılıb. Müəyyən edilib ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən, əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir. Bununla yanaşı, məhkəmə təcrübəsində bu növ cinayət işləri üzrə faktların müəyyən edilməsi, istərsə də hüququn tətbiqi məsələlərində bəzi səhvlərə yol verilir.

Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə müvafiq qərar qəbul edilməsi, eləcə də Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Yol hərəkəti haqqında" Qanunda dəyişikliklər edilməsi, həmçinin Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanunvercilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsinin qərara alınmas gözlənilir.

Bundan əlavə, Plenumda konkret cinayət və mülki işlərə də baxılacaq və baxılmış işlər barədə müvafiq qərarlar qəbul ediiləcək.

Plenumun işində Məhkəmə-hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və prezident Adminstrasyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edir.
Bu xəbər oxucular tərəfindən 1053 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed