Şrift:
Ramilya Əliyeva:Bu gün Gürcüstana ən çox sərmayə Azərbaycandan yatırılır- Müsahibə
28.11.2013 [10:04] - Müsahibə, Borçalı
Müsahibimiz, “Dialoq və İnkişaf” Fondunun rəhbəri, Gürcüstan Ombudsman Aparatının Milli Azlıqlar Şurasının üzvü, Gürcüstan İctimai Televizyasında yayımlanan “Moambe” (“Xəbərlər”) proqramının Azərbaycan redaksiyasının diktoru Ramilya Əliyevadır.
-Ramilya xanım, bu sonra Gürcüstanı yeni prezident idarə edəcək. Yeni prezident daxili və xarici siyasətdə hansısa dəyişiklər edəcəyi gözlənilirmi?
-Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili savadlı və çox təmkinli təbiətə malik insandır. Həyatında bir çox mərhələləri keçib, bir çox proseslərin baş verdiyi bir dövrdə dolğun yaş dövrünü yaşayıb. Gürcüstanın ağrı acısını yaxşı bilir və bu üzdən də Gürcüstanın rifahına ziyan vuracaq, qərarlar verəcəyini əsla düşünmürəm. Qonşu dövlətlərlə yaxşı münasibətlər, Avropa institutlarına inteqrasiya NATO Alyansına üzvlük yeni prezidentin əsas prioritetlərindən (öncəlik) olacağını hesab edirəm. Gürcüstan cəmiyyətində prezident Marqvelaşvilidən gözləntilər böyükdür. Ölkədə həllini gözləyən bir çox məsələlər durur və onlar həll olunmalıdır.
Qeyd edim ki, Gürcüstanın prezidentinin andiçmə mərasimindən sonra yeni konstitusiya (anayasa) qüvvəyə mindi. Yeni konstitusiyaya əsasən prezidentin hüquqi səlahiyyətləri xeyrli azaldılıb, və əsas səlahiyyətlər baş nazirə məxsusdur. Lakin prezident yenə də ölkənin ali baş komandanı,ölkənin diplomatik nümayəndəsidir.
-Bəs, Gürcüstan-Azərbaycan əlaqələrində necə?
-Gürcüstan-Azərbaycan əlaqələri düşünürəm ki, yalnız müsbət yöndə inkişaf etdirilə bilər. Bu gün Gürcüstanın ən önəmli iqtisadi tərəfdaşlarından biri məhz, Azərbaycan Respublikasıdır. Bu iki dövlət arasında strateji tərəfdaşlığın davam etdirilməsi regionun (bölgə) inkişafına zəmanətdir. Bu gün Gürcüstana ən çox sərmayə Azərbaycandan yatırılır.
-Azərbaycanlıların vəzifələrə çəkilməsinə önəm veriləcəkmi?
-Bu ölkədə Gürcüstan vətəndaşı olan azərbaycanlıların vəzifələrə təyin olunması məsələsinə gəldikdə, demək istərdim ki, bizlər bu dövlətin tam hüquqlu vətəndaşlarıyıq. Gürcüstanda hər bir sahədə fəallıq bizim hüququmuzdur. Biz hər hansı vəzifəyə, yalnız Azərbaycanlı olduğumuz üçün təyin olunmamalıyıq. Bizlər bu dövlətin bir hissəsiyik və bunu hər birimiz anlamalıyıq. Yeni dövlətin prezident Marqvelaşvilinin azərbaycanlılara münasibəti, onların vəzifələrə təyin olunması məsələsinə gəldikdə düşünürəm ki, müəyyən təyinatlar olacaq. Prezident administrasiyası tərkibi hazırda formalaşma mərhələsindədir.
Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed