Şrift:
Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən növbəti müsabiqənin nəticələrini açıqlayıb
30.11.2013 [11:28] - Gündəm, Sosial
Müsabiqədə 1257 müəllimdən 307-si seçdikləri vakant yerləri tutub


Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən növbəti müsabiqənin nəticələrini açıqlayıb.



Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə qaydalarına uyğun olaraq nazirlik tərəfindən tədris ili başlandıqdan sonra ötən müddət ərzində yeni yaranmış və əvvəlki müsabiqədə tutulmamış vakant yerlərin təhlili aparılıb, ölkənin ümumtəhsil məktəblərində 1580 vakant yer müəyyənləşdirilib.



Həmin vakant yerlər 22-26 noyabr tarixlərdə elan edilib və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirdiyi müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış müəllimlərə seçim imkanı yaradılıb. 1257 nəfər müəllim elektron seçim etməklə bu mərhələdə iştirak edib. Reqlamentə uyğun olaraq noyabrın 26-da yerləşdirmə aparılıb və nəticələri hər bir iştirakçının “Şəxsi səhifə”sinə göndərilib. Müsabiqənin nəticələrinə əsasən 307 nəfər seçdikləri vakant yerləri tutub.



Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görüb, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilib, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin edilib.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed