Şrift:
MTRŞ sədri rəqəmsal yayıma keçidlə bağlı görülən işlərdən danışdı
06.12.2013 [12:27] - Sosial
Nuşirəvan Məhərrəmli: "Azərbaycan teleməkanında rəqəmsal yayıma keçiddən sonra telekanallarda istənilən verilişi istənilən vaxt izləmək imkanı yaranacaq"

Azərbaycan "Azərbaycan teleməkanında rəqəmsal yayıma keçiddən sonra telekanallarda istənilən verilişi istənilən vaxt izləmək imkanı yaranacaq".

Bu barədə danışan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, rəqəmsal yayıma keçiddən sonra bu proses Azərbaycanda da baş verəcək.

Onun sözlərinə görə, bu xidmətlər ödənişli əsaslarla müəyyən qurumlar tərəfindən göstərilə bilər: "Həmin xidməti təşkil edən qurumlar da olmalıdır, çünki bu, artıq biznes fəaliyyətidir. Yəni müəyyən qurumlar görəcəklər ki, bu, gəlirli biznes sahəsidir, onunla məşğul olacaqlar. Yəni MTRŞ bu işlə məşğul olmayacaq".
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed