Şrift:
Azərbaycanda 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 2 hal üzrə iş hüquq-mühafizə orqanlarına göndərilib
17.12.2013 [11:53] - Gündəm, Sosial
Bu il Təhsil Nazirliyi tərəfindən təhsil sistemində dərin kök salmış neqativ hallarla mübarizə gücləndirilib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, nazirliyin mərkəzi aparatında aparılmış struktur dəyişiklikləri nəticəsində Daxili nəzarət şöbəsi yaradılıb və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Nazirlikdən bildirilib ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq, təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcək.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed