19.12.2013 [11:48] - Gündəm, Sosial
Azərbaycanda hər 9 nəfərdən biri öz yurd-yuvasından didərgin düşüb, bunun dünyada analoqu yoxdur».
Beynəlxalq Miqrasiya Təşkilatı, Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Miqrasiya Gününə həsr edilmiş tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdir müavini Telman Məmmədov söyləyib.
Telman Məmmədov hazırda Azərbaycanda qaçqın statusu almış və almaq istəyən 1,7 min insan olduğunu açıqlayıb. Onun sözlərinə görə, əvvəllər bu insanların sayı 11 min nəfər olub. Telman Məmmədov qeyd edib ki, Azərbaycanın mövqeyi, ölkənin həm mənşə, həm tranzit, həm də təyinat ölkəyə çevrilməsinə yol verir. Digər tərəfdən, Azərbaycan torpaqlarının işğalı nəticəsində İranla sərhədin müəyyən hissəsi nəzarətsiz qalıb, bu ərazilərdən narkotik daşınır və beynəlxalq qurumlar bu sahədə Azərbaycana yardım etməlidirlər.
O, 1996-2013-cü illərdə sığınacaq istəyən 2 min 363 nəfərin Azərbaycandan üçüncü ölkələrə, əsasən ABŞ və Avropaya göndərildiyini bildirib. Telman Məmmədov məcburi köçkünlərin beynəlxalq aləmdə statusunun tanınmasını da vacib sayıb.

Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |