Şrift:
Rusiya prezidenti İrana səfər edəcək
18.01.2014 [10:15] - Güney Azərbaycan xəbərləri, Siyasət
İRİB-in məlumatına görə, bu barədə Vladimir Putin İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə bildirib.

Rusiya prezidenti iranlı həmkarı Həsən Ruhaninin onu Tehrana rəsmi səfərə dəvət etməsini yüksək qiymətləndirib: “Mən yaxın zamanda İrana səfər edəcəyəm”.

Qeyd edək ki, Putin-Zərif görüşündə əsas müzakirə mövzuları İranla Rusiya arasında siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi, Cenevrə razılaşması, regional və beynəlxalq məsələlər, o cümlədən Suriya böhranının həlli məqsədilə Cenevrədə planlaşdırılan konfrans olub.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed