Şrift:
Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı
02.12.2011 [12:00] - Sosial
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam ilə "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilib.
Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed