Şrift:
İran geri çəkilir: Uranın 20 faizədək zənginləşdirilməsi dayandırılır!
21.01.2014 [12:42] - Güney Azərbaycan xəbərləri, Siyasət
Qərb ölkələrinin İrana qarşı sanksiyaları effekt verməyə başlayıb.
Bazar ertəsi İran uranın 20 faizədək zənginləşdirilməsini dayandırır. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
Salehi bəyan edib: "İran vacib addım atır və bazar ertəsi saat 12.00-da uranın 20 faizədək zənginləşdirilməsini dayandırır".

Qeyd edək ki, bir müddət əvvəl İran xarici işlər nazirliyinin rəhbəri ölkənin nüvə proqramı ilə bağlı Avropa İttifaqı ilə razılaşmaların yerinə yetirilməsinə başlandığını elan edib.
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed