Şrift:
Fransa prezidenti Azərbaycana səfər etməyi planlaşdırır
28.01.2014 [10:23] - Siyasət
Fransa prezidenti bu ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır.


Bu ilin martında isə bu ölkənin xarici işlər naziri Loran Fabiusun Azərbaycana səfəri nəzərdə tutulur.



Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.



Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, F. Olland ötən ilin dekabr ayında Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının rəhbərləri ilə görüşündə 2014-cü ilin may ayında Ermənistana səfər edəcəyini söyləyib.



Azərbaycana səfərin də məhz həmin turne çərçivəsində baş tutacağı gözlənilir
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed