Şrift:
Müəllimlər İnstitutunun bağlanan filiallarının müəllimlərinə xoş xəbər
30.01.2014 [14:55] - Sosial
Fəaliyyəti dayandırılan 4 filialda çalışan müəllimlər başqa ali məktəblərə yerləşdiriləcəklər
Təhsil Müəllimlər İnstitutunun bağlanan filiallarında işləyən müəllimlər başqa ali məktəblərə yerləşdiriləcəklər. Bunu Təhsil Nazirliyindən İnstitutun 11 filialından 4-nün bağlanması ilə bağlı açıqlama verən Elm Ali və Orta İxtisas təhsili şöbəsinin müdir müavini Yaqub Priyev deyib.

Ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında çıxış edən şöbə rəhbəri qeyd edib ki, Sumqayıt dövlət universitetində müvafiq müəllim ixtisasları var. "Bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitetimiz var yəqin oraya da yerləşdirilənlər olacaq”.

Qurum rəsmisi Sumqayıt Dövlət Universitetinin işdən azad olunan rektoru ilə bağlı da məlumat verib. Y.Piriyevin sözlərinə görə, adıçəkilən universitetdə işdən azad olunanların bəziləri kafedra müdiri vəzifəsinə keçiriliblər. "Ora yeni rektor əvəzi təyin olub. O, islahatlar həyata keçirir”.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed