Şrift:
ABŞ Dövlət Departamenti: Nüvə müzakirələri məğlubiyyətə uğrasa, qısamüddətli və təhlükəli variantlar gündəmə gələcək
01.02.2014 [14:41] - Güney Azərbaycan xəbərləri, Siyasət
“İranın nüvə məsələsinin birdəfəlik həlli məqsədilə davam etdirilən müzakirələr məğlubiyyətə uğrayarsa, digər variantlar kimi hərbi seçim də masa üzərində olacaq”.


Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib.



Onun sözlərinə görə, ABŞ tezliklə hərbi varianta əl atmayacaq: “İranın nüvə məsələsində ilk öncə diplomatik yollara müraciət ediləcək. Əgər heç bir irəliləyiş baş verməsə, 6 ay, 1 il və ya hər hansı bir zaman çərçivəsində nəticə əldə olunması üçün digər variantlar gündəmə gələcək. Bu variantlar qısamüddətli və təhlükəli olacaq”.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed