Şrift:
Azərbaycan taekvondoçuları İsveçdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar
10.02.2014 [13:49] - Gündəm, İdman
Gənc taekvondoçular arasında ənənəvi “Trelloborq Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilin ilk beynəlxalq yarışı Azərbaycan millisi üçün uğurlu alınıb.



İsveçdə baş tutan Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli turnirində taekvondoçularımız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.



Belə ki, komandamızın heyətində Məhəmməd Məmmədov (55 kq), Kamil Abdulrazakov (51 kq) və Anar Mehdiyev (45 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Səid Quliyev (78 kq) gümüş medalla kifayətlənib. Əli İsazadə (45 kq) və Fizam Mehdiyev (51 kq) isə bürünc medala sahib olublar.
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed