Şrift:
Avropa İttifaqı ilə Ermənistan arasında nələr baş verib?!
13.02.2014 [10:37] - Gündəm, Siyasət
Erməni saytı lragir.am ermənilərin gözləntilərinin məyusluqla əvəz olunduğunu yazır.
Erməni Milli konqresinin və Ermənistan-Avropa İttifaqı parlamentlər arası komissiyasının üzvü Nikol Paşinyan bildirib ki, Ermənistanla Avropa Birliyi arasında xoşagəlməz atmosfer yaranıb. 5-6 fevralda Strasburqda Parlamentlər arası komissyasının iclası baş tutsa da, ilk dəfə birgə bəyannamə imzalamaq mümkün olmayıb. Nikol Paşinyan əlavə edib ki, erməni nümayəndə heyəti Avropa siyasətinə nüfuz edə biləcək dairələrlə görüş keçirib. Lakin, "Avropa İttifaqı Ermənistana azından suveren və müstəqil dövlət kimi baxmır. Əslində qurum Ermənistanı Rusiyanın forpostu kimi görür".
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed