Şrift:
Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır
15.05.2024 [10:16] - Gündəm, Bildiriş
Mayın 15-i saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Ətraflı
Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 1213 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed