Şrift:
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb
15.05.2024 [10:44] - Gündəm, İdman
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.
“Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub. O, II Liqanın XXV turunda fərqlənib.

Hücumçunun qolları “Kürmük Qax”la ev matçında komandasına 7:2 hesablı qələbə qazandırıb. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb. Hər iki oyunçu buna “Kəpəz” forması ilə nail olub. Fazil Pərvərov 1993-1994-cü illər mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib. Üç il sonra – 1996-1997-ci illər mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed