Şrift:
Güney Azərbaycanda və Iranda son həftənin ictimayi–siyasi mənzərəsi
01.03.2014 [15:26] - Güney Azərbaycan xəbərləri, MDH, Güney Azərbaycan-Təbriz
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı

Bu həftə İranda və Güney Azərbaycanda ən yadda qalan hadisələr əsasən “21 Fevral- Beynəlxalq Ana Dili Günü” münasibətilə milli hərəkat fəallrının keçirdikləri silsilə tədbirlərə iran rejiminin təhlükəsizlik qüvvələrinin hücumları və Təbrizdə keçirilən futbol üzrə Asiya çempiyanatında Xocalı faciəsini əks etdirən plakatlara qarşı rejim məmurlarının hücmları oldu.
“21 Fevral- Dünya Ana Dili Günü” Güney Azərbaycanda yüksək səviyyədə qeyd olundu, lakin rejimin həbslər dalğası bir çox fəalın saxlanılması ilə nəticələndi.
Son günlərdə Parsabadda 2, Məlikanda 2, Binabda 1, Sulduzda 1 və Əhərdə təxminən 200 nəfər fəal yaxalanıb.Dünya Ana Dili Günündə isə Tehranda 10-la fəal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
100-ə yaxın fəal Tehranda (Nəsimşəhr – Vəchabad məhəlləsi) milli-mədəni fəal Fəthinin evinə toplaşıb və bu önəmli günü qeyd etmək istəyiblər. Mərasim Quran-i Kərimin ayələrinin oxunulması ilə başlayıb. Sonra aparıcılar Siyamək Mirzayi və xanım Nəccari iştirakçıları salamlayıb və mərasimi açıblar, sonra isə aşıq musiqisi səsləndirilib. İrəlləyən dəqiqələrdə Əkbər Azad çıxış edib və öz çıxışında Ana dilinin əhəmiyyətinə toxunub. Sonra xanım Sepidə Nadarlı gözəl bir şeir oxumaqla tədbirə yeni can verib. Tədbir Əkbər Azadın çıxışı ilə davam edib və onun çıxışından sonra “Qaya” Azərbaycan musiqi qrupu milli rəqslərlə çıxış edib.
Növbəti çıxışçı xanım Fatimə Məhdəvi olub. Sonra aşıq Bayramzadə Qopuzu ələ alıb və mərasimə yeni həyəcan gətirib. Mərasim şair Çobanoğlunun şeirləri ilə davam edib... .
Sonda isə İsrafil Soltanian çıxış edib, lakin məhz bu zaman təhlükəsizlik qüvvələri vəhşicəsinə hücuma keçib və bu tədbiri dayandırıblar. Məmurlar onlarla fəalı yaxalayıb və naməlum istiqamətə aparıblar.
İsrafil Soltanian və Həmid Nadarlı hər kəsin gözü qarşısında təhqirə məruz qalıb və məmurlar tərəfindən döyülüblər.
Qeyd etdiyimiz kimi Dünya Ana Dili Günü ərəfəsində tutuqlamalar bununla məhdudlaşmır və Azərbaycanın müxtəlif bölgələrində həbslər qeydə alınıb.
Bununla yanaşı Asiya Çempionlar Liqası oyunları çərçivəsində keçirilən Traxtur-Əlittihad futbol müsabiqəsi Təbrizin məşhur takımının xeyirinə yekunlaşdı.
Təbrizin səhənd stadipnunda 26.02 2014-ci tarixində yerli vaxtla saat 16:00-da start götürən müsabiqəni birinci hissəsində “Traxtur” oyunçuları aktiv görünsələr də, heç bir takım tərəfindən qol vurulmayıb.
İkinci hissədə isə “Traxtur” tərəfindən 1 qol vurulub və stadionda 10000-lə izləyicinin sevincinə səbəb olub. Bu müsabiqədə qeydə alınan tək qol “Traxtur” oyunçusu Kərim Ənsarifərd tərəfindən vurulub.
Bununla da “Traxtur-Əlittihad” müsabiqəsi (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.
Müsabiqədə təxminən 50000 nəfər izləyici qismində iştirak edib.
Müsabiqənin 59-cu dəqiqəsində Əli Kərimi ikinci sarı kart aldı və oyunu tərk etməli oldu və bununla da “Traxtur” 10 nəfər oyunçu ilə yarışı davam etdi və nəhayət öz rəqibini məğlubiyyətə uğratdı.Bunuda əlavə edək ki, Güney Azərbaycanın müxtəlif şəhərlərindən gələn 40 mindən çox azarkeş "Yaşasın "Tiraxtur", "Yaşasın Azərbaycan", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Tiraxtur"u el istər, şərəfli millət istər", "Türklərin iftixarı "Tiraxtur" şüarları səsləndirərək stadionu lərzəyə gətiriblər.
"Tiraxtur" azarkeşlərinin qaldırdığı plakatlar arasında Xocalı soyqırımına dair plakatlar da olub.
Təbriz komandası 1:0 hesabı ilə qalib gələndən sonra şəhərin küçə və meydanlarında şənlənən azarkeşlər milli şüarlar səsləndirib. Polis qüvvələrinin müdaxiləsindən sonra yaranan qarşıdurmada onlarla fəal yaralanıb, ya da tutularaq bilinməz istiqamətə aparılıb.
Tutulanlar arasında Xocalı soyqırımını anan plakatlar qaldıran azarkeşlər də var. Onlar stadiona Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qara sarğı ilə gəliblər, bəziləri isə "1992 faciəsi Xocalı" plakatını nümayiş etdiriblər.
Xocalı soyqırımı ilə bağlı nümayiş etdirilən plakat təhlükəsizlik qüvvələrininin xüsusilə qəzəbinə səbəb oldu. Məmurlar soydaşlarımıza hücum edib, onları dəyənəklə döyüb və bir neçəsini yaxalayıblar. Tutulanlar arasında Mehdi Sədiqi (Səhənd) də var.maraqlı məqamlardan biridə budur ki,İran parlamenti iddia edir ki,Xocalı soyqırımını parlamentin müzakirəsinə çıxarmaq istəyir əgər iran rejimi bu məsələdə səmimidirsə bəs nədən Xocalı soyqırımını əks etdirən plakartları İran şəhərlərinə vurulmasına qarşı ciddi təhlükəsizlik tədbirlər keçirərək həmin plakartları hazırlayan və çətinliklədə olsa təbrizin səhənd istadiyonuna keçirən milli fəalları həbs edərək ağır işkəncə və təziqlərə məruz qoyur?
xatırladaq ki,həbs olunların bir qismi azdlıqa buraxılsalarda digər həbs olunların hələ bu günə qədər harda saxlanıldığı bəlli deyil.
"Traxtur"un qələbəsindən sonra Təbrizdə və Azərbaycanın başqa şəhərlərində tərəfdarlar şənlik edib və milli şüarlar səsləndiriblər.
Xatırladaq ki, son vaxtlar Güney Azərbaycanda milli hərəkat fəallarına qarşı rejim xüsusi amansızlıq göstərir. İran prezidenti Həsən Ruhaninin seçkiöncəsi ölkədəki millətlərə bir sıra milli haqların tanınacağı barədə vədlərinə baxmayaraq, ən adi mədəni tədbirlər belə şovinist rejim tərəfindən dözümsüzlüklə qarşılanır və kütləvi həbslər həyata keçirilir.
Son bir həftə ərzində Güney Azərbaycanda Dünya Ana Dili Günü müxtəlif tədbirlər də keçirilib. Lakin soydaşlarımızdan təxminən 200 nəfəri keçmiş illərdəki kimi rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bununla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidə görə həbs edilərək ağır cəza almış tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə tutulub.
Məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Meşkinşəhr (Xiyov) şöbəsinin əməkdaşları azərbaycanlı fəalı fevralın 23-də öz mənzilində həbs ediblər. İ. Müəzzinzadənin məhkəmənin barəsində çıxardığı həbs cəzasını çəkməsi üçün həbs edildiyi ehtimal olunur. Lakin azərbaycanlı fəalın harada saxlanıldığı və həbsinin konkret səbəbi məlum deyil.
Tehranda fevralın 21-i Dünya Ana Dili Günündə mərasim keçirərkən saxlanılan Soltanian fevralın 26-da sərbəst buraxılıb. Lakin onunla birlikdə tutulan Əkbər Azad, Əlirza Fərşi və Mənsur Fəthi hələ də Evin zindanında saxlanılır.
Tehranda tutulan fəalların durumu ilə bağlı narahatlıq doğuran məlumatlar var. Xatırladaq ki, iki ayağından əlil olan İsrafil Soltanian, Əziz Fərşi, Mənsur Fəthi və Muctaba Musəvi digərlərindən amansızlıqla və işgəncələrə məruz qalıblar. Hətta Mucata Musəvinin durumunun ağır olduğu xüsusi qeyd olunur. Onun işgəncələr nəticəsində ciddi problemlərlə rastlaşdığı və sidiyində qan müşahidə olunduğu bildirilir. M.Musəvinin astma xəstəliyindən əziyyət çəkməsi onun vəziyyətini daha da pisləşdirib.
Məlikanlı milli-mədəni fəal Səccad Əfruzian isə fevralın 25-də Məlikanın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsindən Marağa zindanına etap edilib. S.Əfruzian fevralın 20-də Məlikanda Kərim Fəyyazi ilə birlikdə tutulub 2 gün polis idarəsində saxlanıldıqdan sonra Marağa zindanı, sonra isə Məlikanın ETTELAAT idarəsinə intiqal edilmişdir. O hazırda aclıq aksiyası keçirrir. ETTELAAT məmurları onun ailəsini təhdid ediblər. Onlara bildiriblər ki, əgər S.Əfruzian aclığa son qoymazsa onun üçün yaxşı olmayacaq.
Lakin milli-mədəni fəal öz ailəsi ilə qısa telefon əlaqəsi saxlarkən bildirib ki, aclıq aksiyasını dayandırmaq fikri yoxdur.
Qeyd edək ki, bundan əvvəl azərbaycanlı fəal Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində həbs edilən M.Kuxiya marağa həbsxanasından azad edilib. O, "Facebook"da İran hakimiyyətini tənqid edən yazılarına, şəhərin mərkəzi xiyabanındakı körpüdən "Urmiya gölü quruyur" plakatı asdığına və həmin şəkili öz səhifəsində yaydığına görə tutulmuşdu. Milli fəal aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb.
Marağa İnqilab Məhkəməsi hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etmək ittihamları əsasında M. Kuxiyana bir il həbs cəzası verib. Ancaq azərbaycanlı fəal M.Kuxiyan "Facebook"da fəaliyyətini davam etdirdiyinə görə yenidən 2013-cü il mayın 25-də Məlikkəndi şəhərində öz evində tutulub. Mənzildə axtarış aparılıb, M. Kuxiyana məxsus noutbuk, mobil telefon, kitablar və bir sıra şəxsi əşyalar müsadirə edilib, azərbaycanlı fəalın özü isə döyülüb. Eyni zamanda Marağa İnqilab Məhkəməsi birinci şöbəsi Mehdi Kuxiyanı hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq ona həbsdəykən daha bir il həbs cəzası verib. Azərbaycanlı fəal Marağa şəhərinin zindanında ağır psixi və fiziki işgəncələrə məruz qoyulduğundan mədəsində, ağciyərində və böyrəklərindəki nasazlıqdan əziyyət çəkir. O, şəhər xəstəxanasında müalicə almaq üçün yanvarın 25-də 4 günlüyə evə buraxılıb. M.Kuxiyan bundan əvvəl də üç həftəliyə azadlığa buraxılıb, Təbriz xəstəxanalarında müalicə alıb. Azərbaycanlı fəal həbs müddətində aclıq aksiyası da keçirib.

21 Fevral-Dünya Ana Dili Günü ərəfəsində Əhərdə tutulan soydaşlarımızdan 7-si bu şəhərin zindanına intiqal edilib.
Onlar Əhərdə təxminin 100 nəfər olaraq tutuqlanıb və Təbrizin İran Kəşfiyyat Nazirliyi idarəsinə aparlmışdı.

Əhər zindanına aparılan Abbas Lisani, İbrahim Rəşidi, İbrahim Nuri, Behzad Əbdi, Abbas Nəzəri, Saleh Mola Abbasi və Əkbər Əbulzadə hələ də aclıq aksiyasına davam etdirirlər.

Bundan öncə Dünya Ana Dili Günü ərəfəsində tutulanlar Fərdin Muradpur, Əsğəri, Əkbəri, Rəhim Qulami, Səccad Colani, Meysən Colani, Cəfər Rüstəmi, Beytullah Bərzgər, Səid Məhəmmədi, Əsğər Nadiri, Ruzbeh Səadəti, Vəhid Faizpur, Meysəm Azadi və Əli Feyzi Əhər zindanına intiqal edilmişdir.

Məlumata görə, Daneş adlı zindan əsgərlərindən biri azərbaycanlı fəallara xüsusi əziyyət verir və onlara problemlər yaradır. Məlumatda bildirilir ki, həmin əsgər məsullar tərəfindən xüsusi tapşırıq ala bilər.

Xatırladaq ki, fevralın 20-də Dünya Ana Dili Gününü ağırlamaq məqsədi ilə 100 nəfərə yaxın milli-mədəni fəal Əhərdə Əkbər Əbulzadənin evinə toplaşıb və mərasim keçirmək istəmişdilər. Həmin mərasim təhlükəsizlik qüvvələrinin vəhşi hücumuna məruz qalıb və fəallar məmurlar tərəfindən tutuqlanmışdır. Onların bir neçəsi tutularkən döyülüb və təhqir edilmişdir. Artıq tutulanların çoxu mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

21 fevral - Ümumdünya Ana Dili Günü ilə bağlı tutulmuş daha bir azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.


Səccad Əfruziyan İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Məlikan (Məlikkəndi) şöbəsinin təcridxanasında qeyri-qanuni saxlanılmasına və təhlükəsizlik məmurlarının davranışlarına etiraz edir.



Qeyd edək ki, ETTELAAT-ın Məlikkəndi şöbəsinin əməkdaşları Səccad Əfruziyanı fevralın 20-də Kərim Fəyyazi ilə birgə həbs edib. Məhkəmə onun azadlığa buraxılması üçün mülk girovu təyin etsə də, ETTELAAT bu qərarın icrasına mane olub. Azərbaycanlı fəalın atası evində yoxlama aparılıb, ona məxsus bir sıra şəxsi əşyalar götürülüb. S.Əfruziyan əvvəlcə Marağa şəhərinin həbsxanasına köçürülsə də, sonradan ETTELAAT-ın Məlikkəndi şöbəsinin təcridxanasına geri qaytarılıb. Ailəsi və yaxınları onun sağlıq durumundan narahatdır. Son məlumatlara görə, azərbaycanlı fəal yenidən Marağa şəhərinin həbsxanasına göndərilib.

Urmiyədə voleybol müsabiqəsində onlarla soydaşımız həbs edilidi!

Təbrizin “Traxtur” futbol takımı və Urmiyə Bələdiyyəsinin voleybol takımları öz qələbələri ilə azərbaycanlılara şad əhval-ruhiyyə yaratmaqdadırlar.
İki gün öncə Təbrizdə “Traxtu” takımı ilə Səudiyyə Ərəbistanının “Əlittihad” takımı arasında keçirilən müsabiqə (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı. Həmin gün Urmiyə Şəhrdarisinin voleybol takımı ilə Kaşanın “Baric Əsans” takımı arasında keçirilən yarış da Azərbaycan takımının xeyirinə sona çatıb. Hər iki qələbədən sonra əhali xiyabanlarda milli şüarlar səsləndirməklə şənlik ediblər.
Bununla yanaşı rejimin təhlükəsizlik qüvvələri bu xoş günlərdə də öz təzyiqlərini davam etdiriblər. Urmiyədə yarış başlanmamışdan öncə 3000 nəfərdən çox tərəfdar biletlərinin olmasına baxmayaraq stadionun qapısından içəri buraxılmayıb. Rejimin təhlükəsizlik qüvvələri tərəfdarları döyərək dağıdıb. Rejimin məmurları soydaşlarımıza hücum edib və onları döyüblər. Nəticədə 3 nəfərin ağır yaralandığı və ən azı 30 nəfərin tutulduğu xəbər verilir. Tutulanlardan birinin Peyame Nur Universitetinin öyrəncisi Milad Muxtari olduğu bildirilir.

Ötən il İrandan Ermənistana 110 min turist səfər edib

2013-cü ildə İslam Respublikasından Ermənistana 110 min turist səfər edib.Ermənistan mətbuatının məlumatına görə, Ermənistan İqtisadiyyat Nazirliyi turizm idarəsinin rəisi Mehak Apresyan bu haqda jurnalistlərə açıqlama verib. Onun sözlərinə əsasən, ötən il Ermənistandan İrana 5,4 min turist gedib.

İdarə rəisi qeyd edib ki, 2009-2011-ci illərdə İrana gedən ermənilərin sayı 134 minə çatıb: «İran valyutası rialın qiymətdən düşməsi nəticəsində 2011-2013-cü ildə isə bu rəqəm azalıb».

Bu arda İran prezidenti Həsən Ruhani irana qarşı tətbiq olunan sanksiyalardan danışıb.

Həsən Ruhani: İranla altılıq ölkələri arasında nüvə müzakirələri bütün sanksiyaların ləğvinədək davam edəcək
“İran iqtisadiyyatına qarşı ədalətsizcəsinə və qəddarcasına tətbiq edilmiş sanksiyalar zəncirini qırmaq lazımdır”.İran mənbələrimizin verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Bəndər Abbas şəhərində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə ilk mühüm addım İranın maşınqayırma, neft-kimya, gəmiçilik, sığorta və bank sektoruna qarşı tətbiq edilmiş sanksiyaların böyük hissəsinin aradan qaldırılması oldu: “İran xalqının haqları qorunacaq və hökumət bu istiqamətdə geri addım atmayacaq. İran hökuməti xalqın bütün hüquqlarını, o cümlədən də nüvə haqqını müdafiə etmək və qorumaq üçün heç bir səyini əsirgəməyəcək. Biz istəyirik ki, başqaları bu hüququ xalqımızdan haqsız yerə almasınlar. Yəni İran xalqının inkişafının qarşısının alınmasını, ixrac, azad ticarət, pul mübadiləsi və bank əməliyyatları və digər hüquqlarının pozulmasını istəmirik. Biz artıq böyük güclərlə nüvə məsələsində yekun razılaşmanın əldə olunması və İran xalqına qarşı ədalətsizcəsinə tətbiq olunmuş bütün sanksiyaların aradan qaldırılması üçün müzakirələrə başlamışıq. İran nüvə müzakirələrinin ilkin mərhələsini yaxşı həyata keçirib. İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri xalqımızın yekun qələbəsinə və qəddarcasına və haqsız yerə qoyulmuş bütün sanksiyaların ləğvinədək davam edəcək”.

Qeyd edək ki, H.Ruhani fevralın 25-də ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinə səfər edib. Bu, İran prezidentinin ölkə daxilinə ikinci səfəridir. Bundan əvvəl H.Ruhani ilk səfərini Xuzistan vilayətinə həyata keçirib. İran prezidenti üçgünlük səfər çərçivəsində din xadimləri, şəhid ailələri və müharibə əlilləri ilə görüşəcək, bir sıra layihələrə baxış keçirəcək.
Həsən Ruhaninin tam əksinə olaraq iranın xarici işlər naziri Hindustan səfərində yenə qərb dövlətlərilə təhdid dilində danışıb. Hindistana səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif fevralın 27-də jurnalistlərə ölkənin nüvə proqramından danışıb.

Zərif deyib ki, Qərbin İrana qarşı təzyiq və təhdidi nəticə verməyəcək: “Bəziləri elə təsəvvür edirdi ki, təzyiq və təhdid yolu ilə İranı diz çökdürə, bununla da onun dinc xarakterli nüvə proqramını dayandırmaq olar. Onlar elə güman edirdilər ki, zorakılıqla İranın nüvə proqramına mane ola bilərlər. Bu onların böyük səhvi idi. Bilməlidirlər ki, İranın nüvə proqramı dayandırılmayacaq.

İranın nüvə məsələsinin BMT Təhlükəsizlik Şurasında qaldırılması təhdidi, sanksiyalar və hərbi hədə də İranın nüvə proqramını dayandıra bilməyib. Bunların heç biri nəticə verməyib. Elə buna görə də hesab edirik ki, məsələnin həll yolu İranın sülh xarakterli nüvə proqramı və fəaliyyət hüququnu tanımaqdır”.

BMT İrandakı edam hökmlərinin sayının artmasından rahatsızdır qurumun İnsan Haqları Ali Komissarlığının sözçüsü Ravina Şamdasani BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında deyib ki, bu ilin əvvəlindən İranda edam cəzalarının sayı artıb.
Onun sözlərinə görə, son 7 həftədə ən azı 80 nəfər edam olunub. Sözçü əlavə edib ki, bəzi mənbələrin məlumatına görə, onların sayı 95-dir.
BMT təmsilçisi bəzi adamların gizlicə edam edildiyini söyləyib: «Bu il 7 nəfər insanların gözü qarşısında edam olunub».
Şamdasani deyib ki, 2013-cü ildə İranda 500 nəfər edam olunub, onların 57-si kütlənin gözü qarşısında həyata keçirilib. Onun məlumatına əsasən, bəzi mənbələr ötən il 625 nəfərin dar ağacından asıldığını bildirib.
BMT təmsilçisi daha sonra deyib: «Hakimiyyəti edamları dayandırmağa və moratorium elan etməyə çağırırıq».
BMT-lə yanaşı ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqları sahəsindəki vəziyyətlə bağlı ikinci illik hesabatı dərc edib.
Sənəddə İranda insan haqları sahəsindəki vəziyyət də yer alıb.

Hesabatda bildirilir ki, İranda insan haqlarının pozulduğu və bu vəziyyətin Həsən Ruhaninin hökumət başına gəlməsindən sonra da davam etdiyi bildirilib. Sənəddə İranda bu il iyunun 14-də keçirilmiş prezident seçkilərində namizədlərə məhdudiyyətlərin yaradılması, xüsusilə eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin seçkilər buraxılmaması, narkotik maddələrin qaçaqmalçılarının edam edilməsi, homoseksuallara qarşı sərt davranılması, uşaq və qadınlara, etnik azlıqlara qarşı ayrı-seçkilik siyasətinin tətbiqi, dini etiqad, söz və ifadə azadlığına qarşı məhdudiyyətlər, internetə senzura qoyulması, kiberməkana nəzarət, həbslər, təqib və təzyiqlər, 2009-cu ildə ölkədə keçirilmiş mübahisəli prezident seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı bəzi siyasi şəxslərin ev dustaqlığında saxlanılması və s. məsələlər insan haqlarının pozulması faktı kimi qeyd edilib.

ABŞ Dövlət Departamenti hesabatında həmçinin qeyri-hökumət təşkilatlarının insan haqlarının vəziyyəti ilə bağlı sənədlərinə əsaslanaraq İranda ötən il 642 nəfərin edam edildiyini açıqlayıb: “Onların əksəriyyəti “Allaha qarşı müharibə aparmaq” və “yer üzündə fəsad törətmək” ittihamları ilə ölüm cəzasına məhkum edilib”.

Eyni zamanda sənəddə İranda öz tarixi torpaqlarında yaşan Azərbaycan türklərinin də hüquqlarının pozulmasına, cəzaçəkmə müəssisələrində işgəncələr və digər qeyri-insani davranışlara toxunulub: “Böyük Britaniyanın Essex Universitetinin araşdırmalarına görə İran həbsxanalarında 217 min məhbus var. Halbuki İran həbsxanalarının məhbus tutumu 113 min nəfərdir. Bundan əlavə, Tehranın Evin həbsxanasında 209-cu və 350-ci bəndlərində, həmçinin Gövhərdaşt zindanının 8-ci bəndində siyasi məhbuslar çox acınacaqlı vəziyyətdə saxlanılır”.

Bu arada Pakistanda İran konsulluğu yaxınlığında bombalı hücum reallaşdırılıb.
Hadisə Pakistanda İran konsulluğu yaxınlığında baş verib. Partlayışda 2 polis dünyasını dəyişib, ondan çox adam yaralanıb.

Hadisə şahidləri partlayışın İran konsulluğu ətrafındakı təhlükəsizlik nəzarət nöqtəsində dayandırılmış şübhəli maşında edildiyini söyləyiblər.

Pakistan polisi hücumla əlaqədar istintaq aparıldığını və hücuma görə kimin təqsirli olduğunun tapılmadığını vurğulayıb.

Başqa xəbərə görə, "Taliban"a mənsub olan silahlı qruplaşmalardan biri - “Məst-Qol” Pişəvərdə İran konsulluğuna edilən hücum məsuliyyətini öhdəsinə götürüb. Medianın yaydığı məlumata əsasən, qruplaşma verdiyi bəyanatda İran konsulluğuna kamikadze göndərildiyini, lakin iranlılardan heç birini hədəfə ala bilmədiyini bildirib və bundan sonra da İran və şiələri hədəfə alacağını vəd edib.

MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed