Şrift:
Ozan və rəssam müsabiqəsinin 2-ci turu keçirildi (foto, video)
17.03.2014 [14:52] - Gündəm, Mədəniyyət, davam TV, Siyasi partiyalar
MDHP-in təşəbbüsü ilə Qurban Abbasov adına mədəniyyət sarayında “Ozan və rəssam” müsabiqəsinin 2-ci tur baxışı keçirilib

Martın 15-də Milli Dirçəliş Hərəkatı Partiyasının təşəbbüsü ilə “Ozan və rəssam” müsabiqəsinin 2-ci turu keçirildi. Baxış tur münsiflər heyətinin üzvləri: MDHP sədrinin ideoloji işlər üzrə müavini Həbib Ələkbərsoy, MDHP sədr müavini və Güney Azərbaycan Departamentinin sədri, musiqişünas Əlirza Amanbəyli, tanınmış ustad aşıq Cahangir Quliyev, Qurban Abbasov adına mədəniyyət sarayının direktoru Məmməd müəllim, “Saz” dərnəyinin rəhbəri Ramiz Quliyev, “Rəssam” dərnəyinin rəhbəri Rüstəmov Ruslan nəzarət edərək 3-cü tura seçim müəyyənləşdirdilər. Baxış müsabiqəsində gənc saz-söz ifaşılarından- Qərib Cahangiroğlu, Seymur Laçınlı, Hüseyn Borşalı və kiçikyaşlı saz-söz ifaşılarından- Babazadə Elmir, Məmmədli Binnət, Abdullayev İlkin, Süleymanov Samir çıxış etdilər.
Yeniyetmə və kiçikyaşlı rəssamlardan- Əmrahova Ülkər, Şükürov İbrahim, Muradov İbrahim, Məmmədli Elçin, Cəfərova Sunay rəsm əsərlərilə iştirak etdilər.
Münsiflər heyyətinin rəylərinə əsasən 2-ci tur iştirakçıları bütövlükdə 3-cü tura vəsiqə qazanıblar. Müsabiqənin 3-cü turunün keçirilmə tarıxı yaxın günlərdə məlum olacaq. 3-cü turda gənc ozan və rəssamlar 1,2 və 3-cü yerləri qazanmaq üçün rəqəabət aparacqlar. Bu yerləri qazanan iştirkçılar MDHP tərəfindən mükafatlandırılacaqlar.
2-ci turun vidio görüntüsünü təqdim edirik:

Ozan və rəssam müsabiqəsinin 2-ci turu keçirildi (foto, video)

Ozan və rəssam müsabiqəsinin 2-ci turu keçirildi (foto, video)

Ozan və rəssam müsabiqəsinin 2-ci turu keçirildi (foto, video)

Ozan və rəssam müsabiqəsinin 2-ci turu keçirildi (foto, video)

Ozan və rəssam müsabiqəsinin 2-ci turu keçirildi (foto, video)



Bu xəbər oxucular tərəfindən 2171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed