Şrift:
Əlirza bəy doğum günün KUTLU OLSUN.
21.03.2014 [15:53] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, Bildiriş
Bu gün MDHP sədrinin müavini, MDHP Güney Azərbaycan Departamentinin sədri, uzun illərdən bəri Azərbaycanın bütövlüyü və müstəqilıyi uğrunda mücadilə aparan və bu müqəddəs yolda bütün çətinliklərdən anlı açıq çıxan əqidə yoldaşımız Əlirza Amanbəylinin 48 yaşı tamam olur.

Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu, 21 mart 1966-cı ildə İranın (Güney Azərbaycan) Təbriz şəhərində anadan olub. Orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986-1988-cı illərdə hərbi xidmətdə (İran-İraq muharibəsində) olub. 1989-cu ildə sovet hakimiyyəti dağılan zaman və bu hadisələrdən də çox qabaq İranda Azərbaycanlıların milli azadlığı yolunda siyasi, mədəni və ictimai fəaliyyət göstərib. Şimali Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatında (Sərhəd Hərəkatı) yaxından iştirak etmək üçün 1989-cu ildən 1993-cu ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub. Orada gedən proseslərdə yaxından iştirak edib.
Qarabağ muharibəsi zamanı Güney Azərbaycandan Qarabağda yaralanan soydaşlarımıza tibbi yardımlar və dərmanlar təşkil edərək döyüş bölgələrinə və Bakıdakı hərbi xəstəxanalara çatdırıb. Qarabağ döyüşlərində yaralanan 200 nəfərə yaxın əsgərin Təbriz və Tehran xəstəxanalarında Doktor Cavad Heyyətin nəzarəti altında müalicələrini təşkil etmişdir.1990-1991-ci ilərdə Naxcıvan MR rus və erməni silahlıları tərəfindən hərbi və iqtisadi blokadaya alınan zaman Təbrizdə istilik sobaları və yanacaq yardımları təşkil edərək qaçaq yolla Naxcıvana çatdırmışdır. İran rejiminin işğalçı ermənilərə maddi və mənəvi dəstəyinə qarşı Təbrizdə və başqa şəhərlərdə etiraz aksiyaları təşkil etdiyinə və Azərbaycan Respublikasından İrana gələn soydaşlarımızla yaxın əlaqələr yaratdığına görə İranın Təhlükəsizlik məmurları tərəfindən dəfələrlə həbs edilərək ağır işgəncə və təziqlərə məruz qalıb. İran inqilab məhkəməsi onu Azərbaycan və Türkiyə Dövlətinə casusluqda günahlandıraraq ona qarşı ağır ittihamlar irəli sürüb. Lakin həmin ittihamları subut edən tutarlı faktlar olamadığından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülk girovu muqabilində müvəqqəti azadlığa buraxılsa da, yenə də rejimin təhlükəsizlik məmurları tərəfindən təqib və təziqlərə məruz qalığı üçün müstəqil Azərbaycan Respublikasına pənah gətirib. Uzun illər Təbrizdə Azərbaycan milli musiqisini (xanəndəlik etməklə ) təbliğ edən Ə.Amanbəyli 1994-cü ildə mərhum Heydər Əliyevin göstərişi ilə Azərbaycan dövləti hesabına təhsil almaq icazəsi alıb. Həmin il Bakı Musiqi Akademiyasının muğam fakultəsinə (xanəndəlik bölümünə) daxil olub. Musuqi Akademiyasında 6 il müdətində dünya şöhrətli xanəndə İslam Rzayev və Lütviyar İmanovun tələbəsi olub 2000-ci ildə ali təhsilini bitirib. Musiqi fəaliyyətində 2000-ci il muğam musabiqəsinin lauriyatı, 2003-cü il sərhəd qoşunlarının marşını yazdığına görə Fəxri fərmana layiq görülüb bir çox vətənpərvər mahnıların müəlifi və mahir ifaçısıdır. Bunlarla yanaşı, Azərbaycanın Dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etməsi məqsədilə Azərbaycanın milli mənafeyini üstün tutan daxildə və xaricdə fəaliyyət göstərən siyasi, ictimai və diaspor təşkilatlarla sıx əməkdaşlıq edərək əlindən gələni əsirgəməyib. Əlirza Amanbəyli 1983-cü ildə Güney Azərbaycan Qurtuluş təşkilatının mərkəzi komitəsinin üzvü,1990-ci il 20 Yanvar hadisələrindən sonra Bakıda rus və erməni işğalçılarına qarşı Fərəc Quliyevin təşəbüsü ilə yaradılmış Qisas təşkilatının üzvü, 1992-ci ildə Quzey Azərbaycanda Xalq Cəbhəsinin (AXC) Güney Azərbaycan üzrə koordinatoru, 1997-ci ildə mərhum Əbülfəz Elçibəyin rəhbərliyilə qurulan Bütöv Azərbaycan Birliyi (BAB) rəyasət heyətinin üzvü, 2002-ci ildə Güney Azərbaycan Milli Oyanış Hərkatının mərkəzi komitəsinin üzvü və Quzey Azərbaycan bürosunun aparıcı üzvlərindən biri olmuşdur.
1993-cu ildən Quzey Azərbaycanda siyasi mühacir statusu alaraq Bakı şəhərində yaşayır.
2006-cı ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası ilə Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri, 2011-ci ilin oktyabr ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan Departamentinin sədri, www.davam.az xəbər portalının Güney Azərbaycan bölməsinin rəhbəri vəzifələrində çalışır. Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan Türklərinin milli hüquq və azadlıqları mövzularında müsahibə və məqalələri çap olunub.


Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbərliyi və "davam.az" kolektivi adından Əlirza bəyi döğum günü münasibətilə səmim qəlbdən təbrik edir Ona uzun ömür,cansağlı arzulayırıq.
Əlirza bəyə Azərbaycanın bütövlüyü uğrunda apardığı müqəddəs mübarizədə uğurlar və qələbə arzulayırıq.


Milli Dirçəliş Hərəkatı Partiyası və "davam.az" kollektivi.
Bu xəbər oxucular tərəfindən 1724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed