Şrift:
Ukrayna Belarusdakı səfirini geri çağırıb
24.03.2014 [20:00] - Gündəm, Siyasət
Ukrayna Belarusdakı səfiri Mixail Yejeli məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə Ukrayna DİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos brifinqdə bildirib.
Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun 23 martda verdiyi bəytanatla əlaqədar olaraq XİN bu ölkədəki səfiri məsləhətləşmələr üçün geri çağırıb və Belarus tərəfinə müvafiq nota verib. Notada qeyd olunur ki, Belarus Prezidentinin belə bəyanatları beynəlxalq hüququn normaları və Rusiyanın fəaliyyətini pisləyən əksər dünya ölkələrinin mövqeyi ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, A.Lukaşenko daha əvvəl bəyan edib ki, Belarus de-fakto Krımı Rusiya ərazisinin bir hissəsi kimi tanıyıb.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed