Şrift:
Pol Qoblun fikrincə, Azərbaycan MDB-dən çıxmalıdır
27.03.2014 [09:07] - Gündəm, Siyasət
Məşhur politoloq, Rusiya və postsovet məkanı üzrə ekspert Pol Qobl “Amerikanın səsi”nə müsahibəsində deyib ki, Vladimir Putinin Krıma hərbi müdaxiləsi İkinci Dünya müharibəsindən bəri beynəlxalq sistemin sabitliyinə ən böyük təhlükədir: “Suveren dövlətin ərazisini ilhaq etməklə və etnik mənsubiyyəti vətəndaşlıqdan yüksək mövqeyə qaldırmaqla prezident Putin sülhün və sabitliyin əsasını təşkil edən prinsipləri rədd edib. Beynəlxalq ictimaiyyət Rusiyanı bu əməllərinə görə cəzalandırmalı və aydın mesaj göndərməlidir ki, dövlət suverenliyinin zor gücünə tapdanması yolverilməzdir.

Baş verənlər 1945 və 1991-ci ildə əldə olunan beynəlxalq konsensusu sual altında qoyur. Burada söhbət böyük dövlətlərin zor gücünə sərhədləri dəyişməyə hazır olmasından və etnik mənsubiyyətin vətəndaşlıqdan üstün tutulmasından gedir. Vladimir Putin aydın edib ki, etnik rus olmaq Ukrayna vətəndaşı olmaqdan daha mühüm amildir. Əgər sən belə bir arqument irəli sürürsənsə, onda sən yeni dünya nizamına yox, nizamsızlığına yol açmış olursan ki, bu da minlərlə insan həyatına başa gələcək və ümumilikdə bəşəriyyəti daha böyük təhlükələr qarşısında qoyacaq.



Stalin müəyyənləşdirib. Ona görə də bu sərhədlərə hansısa mənəvi müstəvidə haqq qazandırmaq cəhdləri problematikdir. Amma o biri tərəfdən, 1992-ci ildə beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ bir araya gələrək razılaşdılar ki, Sovet İttifaqının inzibati sərhədləri beynəlxalq sərhədlər kimi tanınsın, çünki istənilən başqa hərəkət sonsuz zorakılıqlara və toqquşmalara yol açardı.


Əslində, Krım yerli tatarlara məxsusdur, hazırda rus qüvvələri onları yarımadadan qovmağa çalışır. Hər halda Putinin israr etdiyi kimi Krım Rusiya dövlətinə məxsus deyil”.


Vladimir Putin indiyədək tarixdə heç bir rus hökmdarının nail olmadığı şeyə nail oldu. O, Rusiyaya böyük simpatiya ilə yanaşan bir milləti antirus etdi. Ola bilər Rusiya hökuməti Krımı tutsun, amma bunu etməklə o, Ukraynanı birdəfəlik itirib. Heç bir ukraynalı heç zaman Krımın Rusiya hökuməti və şəxsən Vladimir Putin tərəfindən zəbt edilməsini unutmayacaq. Bu elə bir məsələdir ki, nə vaxtsa Rusiyanı peşman edəcək. Mən əminəm ki, Putin bu son hərəkətləri ilə elə bir qüvvələr qatarına yol açıb ki, bu, əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq. Ola bilsin, bu, gələn həftə olmasın, amma qarşıdakı aylarda və illərdə bu baş verəcək”.


GUAM blokuna daxil olan Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova kimi dövlətlər baş verənlərə necə reaksiya verməlidir” sualını Pol Qobl belə cavablandırıb: “2008-ci ilin avqustunda Rusiya torpaqlarının bir hissəsini zəbt etdikdən sonra Gürcüstan Müstəqil Dövlətlər Birliyindən çıxdı. Ukrayna hökuməti bildirib ki, o, MDB-ni tərk edir. Ümid edirəm ki, Moldova və Azərbaycan da bu addımı atacaqlar. Belə bir addım Moskvaya güclü siqnal göndərərdi ki, Qara dənizdəki bir yarımadanı tutmaqla o, öz qonşuları ilə münasibətlərinə ağır zərbə endirib və bu istiqamətdə əlavə addımlardan çəkinməlidir”.


Amerikanın səsi
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed