Şrift:
Azərbaycanda bu gündən Euro-4 standartının tətbiqinə başlanılır
01.04.2014 [10:35] - Gündəm, Sosial
Bu gündən Azərbaycan «Euro-4» standartına keçib.


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 «Yol nəqliyyatı. Ekoloji siniflər» dövlət standartına dəyişiklik təsdiq edilib.



Dəyişikliyin tətbiq vaxtı aprelin 1-dən müəyyən edilib. Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.



Xatırladaq ki, Nazirlər Kabinetinin «Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin «Euro-4» ekoloji normalarına uyğunlaşdırılması barədə» 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə «Euro-4» ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların «Euro-4» ekoloji normalara uyğun olması əsas götürüləcək.



Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu











Nəqliyyat vasitəsinin mənşə ölkəsi


Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2
3
4
5

Avropa İttifaqına daxil

olan ölkələr, benzin *


1997 – 2000


2001 – 2004


2005-dən
01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel


1997 – 2001


2002 – 2004


2005-dən
01.10.2009-

dan

ABŞ
1996 – 2000
2001 – 2003
2004-dən












Yaponiya
1998 – 2004
2005 – 2010
2011-dən


0

Çin
2004 – 2007
2008-dən
2011-dən


Koreya
2001 – 2002
2003 – 2005
2006-dan


Ukrayna, M kateqoriyalı
2006-dan
2010-dan
2014-dən


Ukrayna, N kateqoriyalı
2007-dən
2010-dan
2014-dən


Belarus
2006 – 2007
2008-dən
2014-dən


Özbəkistan
2007 – 2009
2010-dan
2012-dən


Qazaxıstan
2006 – 2011
2012-dən
2014-dən


Rusiya
2006 – 2007
2008-dən
2013-dən
2014-dən

Türkiyə


2009-dan


İran
2009-dan


Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed