Şrift:
Güney Azərbaycanda və Iranda son həftənin ictimayi–siyasi mənzərəsi
05.04.2014 [09:31] - Gündəm, Siyasi partiyalar, Güney Azərbaycan-Təbriz
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı


İran rejimi yenə Güney Azərbaycan Milli Hərəkatına qarşı saxta iddialarla dolu kitab hazırlayıb.
İranın şovinist rejimi Azərbaycan Milli Hərəkatına qarşı “İran holokostunda yəhud rəqsindən Azərbaycan pantürkizminədək” adlı kitab hazırlayıb.

Kitabda Azərbaycan həqiqətləri çirkin şəkildə təhrif edilib və Azərbaycan milləti və onun Milli Hərəkatına qarşı böhtanlarla dolu iddialar irəli sürülüb. Kitabda bir neçə məqam xüsusi diqqət çəkir: Azərbaycan və Anadolu türklərinin tarix və kimliyinin dəfələrlə aşağılanması, Azərbaycan Milli Hərəkatının Pantürkizm kimi təqdim olunması və onun sionizmə bağlı olan bir cərəyan kimi qələmə verilməsi, Qacar və Osmanlı dövlətlərinin təhqir və böhtanla yad edilməsi, Güney və Quzey Azərbaycanın bir-birindən ayrı millət kimi göstərilməsi, Yəhudi dininə etiqad edənlərin təhqir edilməsi və s.

Kitabda eyni zamanda tarixdə biabırçı ad buraxan Əhməd Kəsrəvi və İnayətulla Rzanın saxta Aran və Azərbaycan nəzəriyyələri də təbliğ edilib.

“Din və həyat düşüncə evi” adlı müəssisə tərəfindən nəşr olunan kitab çoxları tərəfindən oxunsun deyə İranın bütün şəhərləri, xüsusi ilə Güney Azərbaycanın şəhərlərində pulsuz paylanılıb. Bu kitab hətta internet vasitəsi ilə də satılır və İranın bütün bölgələrinə olduqca az bir miqdarda pul qarşılığında çatdırılır.

Qeyd edək ki, İran rejimini və onun türk millətinə qarşı mövqeyini yaxşı tanıyan insanlar, rejimin hazırladığı bu kimi kitablardan nə təəccüblənir və nə də onlara inanırlar.
İran rejiminin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasəti Meşginşəhr kəndlərindən əhalinin köçünü artırıb.

Artıq rejimin məmurları da Güney Azərbaycanda yaranan acınacaqlı vəziyyəti etiraf etməyə məcbur olublar. Ərdəbilin valisi son günlərdə bildirib ki, Ərdəbildə işləyən əhalinin orta sayı bütün ölkə üzrə işləyənlərin orta sayının yarısı qədərdir. Belə acınacaqlı vəziyyəti birinci dəfədir bir İran rəsmisi etiraf edir. İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda sərmayə yatırımı da olduqca aşağı düşüb.

Məhz rejimin həmin irqçi siyasəti nəticəsində bütün Azərbaycan əyalətlərində işsizlik baş alıb gedir. Məqsəd isə azərbaycanlıların fars bölgələrinə köçməyə məcbur olub farslaşmasına şəraitin yaradılmasıdır.

Bununla yanaşı İran rejiminin məmurları Güney Azərbaycan milli hərəkat fəalarına qarşı təqib və təziqlərini artırıb.Beləki, Təbrizin “Traxtur” futbol takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əleyn” takımı arasında aprelin 1-də keçirilən futbol müsabiqəsi və bununla bağlı baş verən hadisələr, o cümlədən təhlükəsizlik qüvvələrinin izləyici qismində iştirak edən “Traxtur” tərəfdarlarına qarşı zorakı hərəkətləri və onlardan bir neçəsinin tutulduğu ilə bağlı geniş məlumat yaymışdıq. Məlumatda 20-dən çox soydaşımızın tutulması ilə bağlı da xəbər verilmişdir. Artıq tanınmış milli-mədəni fəal Əkbər Mühaciridən başqa daha bir neçə nəfər tutulanın kimliyi müəyyənləşib. Məlum olub ki, Əli Hümməti, Nurizadə, Məhəmmədi, Səidi, Mərdani, Məleki, Əlipur və Həbib Mehrazər də tutulanlar sırasındadır. “Traxtur-Əleyn” müsabiqəsi zamanı Təbrizin səhənd stadionunda tutulan soydaşlarımız yaxalanarkən döyülüblər. Onlar ilk öncə polis idarəsinə aparılıb, sonra isə tutulanların məhkəməyə göndəriləcəyi gözlənilir.Bununla yanaşı Urmiyə mərkəzi zindanında adi məhbus Ümid Rəhmani siyasi məhbuslarla əlaqə saxladığı üçün əlavə həbsə məhkum edilib.
Mühakimə edilən Ümid Rəhmaniyə 3 ay 1 gün həbs cəzası təyin edilib. Valyuta qaçaqçılığına görə həbs edilən həmin şəxs yalnız Urmiyə zindanında olan siyasi məhbuslarla əlaqə saxlamaqda ittiham edilib. Onun mühakiməsində də heç bir sübut olmayıb. Qeyd edək ki, Urmiyə zindanında siyasi məhbusların tam təcrid vəziyyətində saxlandığı söylənilir.

İran rejimin həbs etdiyi Güney azərbaycanlı milli-mədəni fəal Əli Xeyrcu Ərdəbil zindanında təhlükəli məhbuslarla bir yerdə saxlanılır. Bu, heç bir günahı olmadan həbs edilən azərbaycanlı fəala ruhi təzyiqlərin artırılması məqsədilə həyata keçirilib.

Qeyd edək ki, Əli Xeyrcu Urmu gölünün qurudulmasını istəmədiyi və buna etiraz etdiyi üçün rejim tərəfindən həbsə məhkum edilib.

Fəal xeyir əməlinə görə rejim tərəfindən 5 il həbsə və 2 il Azərbaycandan sürgünə məhkum edilib.

Hazırda həbsdə olan milli-mədəni fəal Behbud Qulizadə martın 30-da müalicə olmaq məqsədi ilə vəsiqə qarşılığında məzuniyyətə buraxılıb.

Fəal Mahmud Fəzli, Ayət Mehrəlibəyli, Lətif Həsəni və Şəhram Radmehrlə birlikdə İran Kəşfiyyat Nazirliyi məmurları tərəfindən keçən il tutuqlanıb və Təbrizin inqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqda ittiham edilib və 9 il həbsə məhkum olunub. Məhkəmə hökmü sonralar apelyasiya məhkəməsi tərəfindən də təsdiqlənib. Fəallar məhkəmənin ədalətsiz qərarına etiraz olaraq aclıq aksiyası keçiriblər, lakin məhkəmə məsulları onları Rəcayişəhr zindanına sürgün edib. Məhbus fəallar bir neçə ay sonra Təbrizin mərkəzi zindanına intiqal olunub. Fəallar ETTELAAT idarəsi və Rəcayişəhr zindanında olduqları müddətdə cismi və ruhi işgəncələrə məruz qalıblar. Fəalların sağlamlıq durumunun yaxşı olmadığı bildirilir. Bütün təziqlərə baxmayraq Güney Azərbaycanda milli azadlıq hərəkatı öz mübarizəsini aparmaqdadır. Güney Azərbaycanda fars şovinizmi və ayrı-seçkilik siyasəti əleyhinə demokratik mübarizə davam edir. Uzun illərdir davam edən mübarizə zaman keçdikcə daha da dərinləşir və müxtəlif formalarda özünü brüzə verir.Yenə də Güney Azərbaycanın bir çox şəhərlərində divarlar yazılıb. Yazılan şüarlarda əsasən tutuqlu milli-mədəni fəallara azadlıq tələb olunub və kürd terrorizmi məhkum edilib.
Bu arada İran rejimi Qərbi Azərbaycanı parçalayıb Kürdüstan vilayəti yaratmaq üçün hərəkətə keçib.

Bir müddətdir Azərbaycanın bu bölgəsinin xəbərləri vilayətin mərkəzi Urmiyədən yayılmaq yerinə Mahabaddan yayımlanır. Beləliklə rejim Azərbaycanın qədim və əzəli ərazilərini ayırıb kürdlərə vermək üçün şərait yaradır. Digər tərəfdən isə 2 ay öncədən Qoşaçayda avtomobillərin plaka nömrələri Mahabadın nömrəsinə uyğunlaşdırılıb. Yəni 37 T nömrəsi verilməkdən Mahabad şəhərinin nömrəsi olan 37 C verilməyə başlayıb.

Bu məsələyə Xoyda da rast gəlinib. Mütəxəssislər rejimin bu fitnəkarlığının Azərbaycan şəhərləri hesabına yeni Kürdüstan vilayəti yaratmaq planının ilkin hazır işləri olduğunu düşünürlər.
Bununla yanaşı, Sulduza şəhərinə kürd kökənli icra başçısı təyin edildi
Güney Azərbaycanın Sulduz şəhərinə Murtəza Fəramərzi adlı kürd icra başçısının təyin edilməsi əhalinin narazılığına səbəb olub.

Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadət martın 30-da həmin şəxsi Sulduza icra başçısı təyin edib. Fəramərzi bundan öncə Sayınqalada rejim tərəfindən müxtəlif vəzifələrə təyin edilmişdi. Kürd terroristlərinin Sulduza və Azərbaycanın digər bölgələrinə göz tikdiyi bir vaxtda yerli olmayan bir kürdün Sulduza icra başçısı təyin edilməsi rejimin Azərbaycanla bağlı məkrli planlarının olmasını bir daha açıq şəkildə sərgiləməkdədir.

Urmiyə şəhərinin bir qrup fəalı 2 aprel və “Traxtur” futbol takımının yarışı ilə bağlı bəyanat yayıblar.

Bəyanatda 2 apreldə İran dövlətinin Urmu gölünü qurutması və gölün acınacaqlı vəziyyətinə diqqətsizliyinə qarşı etirazların olduğu xatırlanaraq, həmin günün Urmu gölünə dəstək günü adlanması bildirilir.Bəyanatda həmçinin bildirilir ki, aprelin 1-də “Traxtur” takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əleyn” takımı arasında keçiriləcək müsabiqədə stadiona gəlib və Urmu gölü ilə bağlı şüar səsləndirəcəklər. Fəallar beləliklə həmin Urmu gölünün qurudulmasına qarşı etirazlarını bildirəcəklər. Bu şəkildə yarışın Asiya səviyyəsində keçirildiyi üçün Urmu gölünə diqqətin artacağı qaçılmazdır.

Güney azərbaycanın Zəngan şəhərində fars və Azərbaycan türkcəsində nəşr olunan “Bayram” aylıq jurnalının 49-cu sayı buraxılıb.

Əliməhəmməd Bəyaninin baş redaktorluğu ilə 36 səhifədə buraxılan jurnalda yazıların əksəriyyətinin məzmunu Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatı, folkloru və tarixi ilə əlaqədardır. Zəncan (Zəngan) əyalətində geniş yayılan, azərbaycanlı oxucuların böyük rəğbəti ilə qarşılanan jurnalın bu sayında Azərbaycan milli kimliyi ilə bağlı müxtəlif şeirlər, nəsr əsərləri, elmi məqalələr və hekayələrə yer verilib.

“Bayram” jurnalının yeni sayında yer alan bəzi yazılar bunlardır: “Ana dili və başqalarının hüququna riayət məsələsi”, “Ana dillərin qorunmasının vacibliyi və onun dəyəri”, “Quran”da dil məsələsi”, “Prototürk dilinin yarandığı ilkin ata yurd - Urmu nəzəriyyəsi (professor Firidun Ağasıoğlu)”, “Nasir Mənzurinin romanlarını oxuyarkən”, “Avava” romanı haqqında təhlili bir yazı”, eləcə də digər yazılar, şeirlər və hekayələr.


İranda qətl ittihamı ilə ölüm cəzasına məhkum edilən, 7 ildir həbsdə saxlanan 26 yaşlı Azərbaycanlı aktrisa Reyhanə Cabbarinin edamının qarşısını almaq üçün imza kampaniyası keçirilir.



Əslən Güney Azərbaycanlı olan Teatr və kino ulduzu, interyer dizayneri olan Reyhanə Cabbari 2007-ci ildə onu iş bəhanəsi ilə ofisinə aparıb zorlamağa cəhd göstərən İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşı Murtuza Əbdüləli Sərbəndinin qətlində təqsirli bilinib.

2007-ci ilin aprelində bir kafedə 19 yaşlı Reyhanənin rəfiqəsi ilə telefon danışığından onun interyer dizayneri olduğunu öyrənən Murtuza ona yaxınlaşaraq ofisinin daxili dizaynını dəyişmək istədiyini bildirib. Reyhanə ona inanıb və əvvəlcə ofisi görməyin lazım olduğunu bildirib. Bir neçə gündən sonra onlar yenidən görüşüblər. Ofisə daxil olanda Reyhanə orada onlardan başqa heç kəsin olmadığını görüb şübhələnib. Murtuza isə cəld qapını qıfılladıqdan sonra Reyhanənin üstünə cumaraq onu zorlamağa cəhd göstərib. Reyhanə müqavimət göstərərək əlinə keçən bir bıçaqla ona zərbə endirib hadisə yerindən qaçıb. Cinsi təcavüzə cəhd göstərən şəxs həlak olub.

Az sonra Reyhanə tutulub. Öldürülən şəxsin ETTELAAT-ın keçmiş əməkdaşı olduğu üzə çıxandan sonra Reyhanəyə siyasi motivlərlə qətl törətmək ittihamı irəli sürülüb. Məhkəmə ona ölüm hökmü çıxarıb. İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani hökmü təsdiqləyərək icra şöbəsinə göndərib.

Son günlər isə ölkə vətəndaşları və xaricdə yaşayan iranlılar Reyhanənin ölüm hökmünün ləğvi üçün imza kampaniyasına başlayıblar. İran Məhkəmə Sisteminin rəisi isə bildirib ki, Reyhanənin edamdan qurtarmasının yeganə yolu öldürülən şəxsin ailəsinin onu bağışlamasından asılıdır. Öldürülən şəxsin ailəsi Reyhanənin dar ağacından asılmasını tələb edir.

Hazırda 103 min 328 nəfər Reyhanəyə dəstək üçün imza kampaniyasına qoşulub. Kampaniya davam edir.

Bu arada İranda tanınmış hüquq müdafiəçisi Nəsrin Sütudə İran Kəşfiyyat Nazirliyinə çağırılıb Vəkilin həyat yoldaşı Rza Xəndan martın 30-da “Facebook” səhifəsində xəbəri təsdiq edib: “Biz Xuzistan əyalətində səfərdə olsaq da, zəng vurub xanımım Nəsrini və bizi qonaq edən şəxsləri ifadə vermək üçün ETTELAAT-a çağırıblar. Deyiblər ki, bir saata qədər nazirlikdə olmalısınız”.

Nəsrin Sütudənin ETTELAAT-a çağırılması onun qatıldığı bir ədəbi yığıncaqda zindanlardakı durumu pisləməsindən, ölkənin siyasi vəziyyətini tənqid etməsindən bir neçə gün sonraya təsadüf edib. Həmin yığıncaqda çıxış edən Nəsrin Sütudə ölkəni böyük bir zindan adlandırıb: “İncəsənət istibdadla oyun qaydalarını dəyişir, onun sözünü və istəyini ciddiyə almır. Bu gün biz üzdə azadıq. Lakin əslində böyük bir zindanda yaşayırıq. Kiməsə vəkillik etmək, ədalətin bərpasına çalışmaq başqalarından bizə çatmış əmanətdir. Biz isə bu əmanəti gələcək nəsillərə çatdıracağıq”.

Çıxışında müxalifətin 3 ildən çoxdur ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubini əqidə və vicdan məhbusları adlandıran Nəsrin Sütudə onların və həbsdə saxlanan digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Bir çox siyasi məhbusa vəkillik etmiş Nəsrin Sütudə insan hüquqları uğrunda dinc fəaliyyətlərinə görə 2010-cu ilin sentyabr ayında tutulub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.

Vəkil 3 il Tehranın Evin zindanında saxlanıb, beynəlxalq hüquq təşkilatlarının etirazından sonra 2013-cü il sentyabrın 18-də azadlığa buraxılıb.
İran mənbələrimizin verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani 1 aprel - Respublika Günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Məktubda 920 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib. İranın ali dini lideri təklifi qəbul edib lakin əfv olunan məhbusların arasında Güney Azərbvaycan Milli Hərəkat fəalları yoxdur bu açıq formada iran rejiminin Azərbaycan Türklərinə qarşı ayrıseçkilik etməsinin təzahürüdür.Qeyd edək ki, 1979-cu il aprelin 1-də İranda ümumxalq səsverməsi (referendum) keçirilib və ölkənin adı İran İslam Respublikası olaraq qəbu edilib.

İranda qeyri Fars millətlərin milli azadlıq hərəkatıın geniş vüssət alıb belə ki,İranın hüquq mühafizə qüvvələrinin sərhəd komandanının canişini Əhməd Gravənd martın 31-də jurnalistlərə açıqlamasında ölkə sərhədlərindən, o sıradan da Sistan-Bəlicistan əyalətinin Pakistan və Əfqanıstanla sərhədindən danışıb.

Əhməd Gravənd deyib ki, ölkə sərhədlərinə tam nəzarət üçün hüquq mühafizə qüvvələrinə kifayət qədər vəsait ayrılmayıb: “Bizim qonşu ölkələrlə 8 min 755 kilometr uzunluğunda sərhədimiz var. Lakin sərhədimizi lazımınca qoruya bilmədiyimiz üçün ötən il (İranda yeni il Novruz bayramının ilk günündən başlanır – red.) sərhədlərimizdə orta hesabla gündə bir silahlı qarşıdurma və atışma baş verib. Bizim Sistan-Bəlucistan əyalətinin Pakistan və Əfqanıstanla 1600 kilometr uzunluğunda sərhədi var. Lakin həmin sərhədin 300 kilometrini hələ də bağlaya bilməmişik. Orada bizim nə yaxşı yollarımız, nə də sərhədyanı qərargahlarımız var. Kifayət qədər vəsait ayrılmadığına görə bu sərhədə nəzarət edə bilmirik. Digər problem ondan ibarətdir ki, Pakistanla Əfqanıstan öz sərhədlərinə nəzarət etmir. Ona görə də biz Pakistan və Əfqanıstanla sərhədimizə təkbaşına nəzarət etmək məcburiyyətində qalmışıq”.
Xatırladım ki, Bu ilin fevralında İran-Pakistan sərhədində girov götürülmüş sərhədçilər azadlığa buraxılıb.Bu barədə İran bəluclarının hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyşul Ədl” qruplaşmasının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Əbdulrauf Rigi açıqlama verib.Onun sözlərinə görə, belə bir qərar İranın şərq sərhədində bəzi bəluc tayfalarının başçıları və sünni alimlərindən ibarət nümayəndə heyəti ilə görüşdən sonra verilib. Hələlik İran hökuməti xəbəri təsdiqləməyib.

Qeyd edək ki, bu il fevralın 6-da İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətində “Ceyşul Ədl” silahlı qruplaşması tərəfindən 5 iranlı sərhədçi oğurlanaraq Pakistana aparılıb. Ötən ay onlardan biri Cəmşid Danaifərin qətlə yetirildiyi xəbəri yayılıb, daha sonra məlumat öz təsdiqini tapıb. İran prezidenti Həsən Ruhani də Pakistan hakimiyyətindən sərhədçilərin azad olunması üçün tədbirlər görməsini tələb edib. Ötən gün bəzi KİV-lər İranla “Ceyşul Ədl” silahlı qruplaşması arasında razılaşma əldə olunması barədə xəbər yayılıb. Xəbərdə rəsmi Tehranın 4 girov sərhədçisinin müqabilində 34 məhbusun mübadiləsinə dair razılığa gəldiyi bildirilir. Ancaq İranın Sistan və Bəlucistan vilayətinin valisi Əli Əsvət Haşimi məlumatı təkzib edib.
İranda sanksiyaların nəticəsində ərzaq və əmtə qıtlıqı davam etməkdədir,rejim bu durumdan xilas olmaq üçün ölkənin əsas sərvəti hesab olunan nefti dəyər dəyməz qimətlərlə qeyri qanuni yollarla satmaq çalışır beləki, İranla Rusiya arasında xam neft müqabilində əmtəə mübadiləsinə dair razılaşma əldə olunub
Müqavilənin dəyəri 20 milyon dollar dəyərində qiymətləndirilir.

Bu razılaşma Qərbin sanksiyalarına baxmayaraq, İrana enerji məhsulları üzrə ixracını artırmağa imkan verir. Ancaq ABŞ hökuməti İranla Rusiya arasında belə bir müqavilənin imzalanmasından narahatdır. Rəsmi Vaşinqton bildirib ki, bu anlaşma ciddi narahatlığa səbəb ola bilər və İranla Qərb ölkələri arasında aparılan nüvə müzakirələrinə ziddir.

Qeyd edək ki, Rusiya gündəlik 500 min barel xam neft idxalı müqabilində İrana əmtəə və avadanlıq verilməsi barədə iki ölkə arasında müzakirələr aparılırdı.

Bunula yanaşı iranda hakimiyyət daxili gərginlik davam etməkdədir İran Məhkəmə Sisteminin insan hüquqları qərargahının rəisi Məhəmmədcavad Laricani martın 18-də jurnalistlərə açıqlamasında 3 ildən çoxdur ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.
Laricani “Musəvi və Kərrubinin həbsinin ortadan qaldırılması üçün hansısa qərar qəbul edilibmi” sualını belə cavablandırıb: “Mənim bu iki şəxslə köhnədən dostluğum və geniş əməkdaşlığım olub. Kaş 2009-cu ildəki fitnə (seçki nəticələrinə kütləvi etirazlar nəzərdə tutulur - red.) baş verməyəydi və biz bu iki əziz şəxsi indi siyasi şəxsiyyətlərin arasında görəydik. Aydın məsələdir ki, hər bir vətəndaşın hüquqlarının tapdanması və ya onun həbsə məhkum edilməsi xoşagəlməz bir haldır.

Musəvi və Kərrubinin işində bir sıra təhlükəsizliklə bağlı məsələlər olduğuna görə güman edirəm ki, işə baxılma prosesi davam etdirilməlidir. Hesab edirik ki, məsələ ilə bağlı son qərar qəbul etməklə onların həbsinə son qoyulması prosesini asanlaşdırmalıyıq. Biz Musəvi və Kərrubi həbsinin ləğvinə ümidvarıq”.
Lakin bunadan fərqli olaraq iranın konstitusiyaya Nəzarət Şurasının rəhbəri müxalifət liderlərini ölümə layiq bilir
İranın Konstitusiyaya Nəzarət Şurasının rəisi axund Əhməd Cənnəti martın 30-da qurum rəsmiləri ilə görüşüb. Görüşdə o, konkret ad çəkməsə də, dolayısı ilə bildirib ki, 2009-cu ildə tutulan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi əslində həbsə yox, ölümə layiqdir.
Axund Cənnəti deyib: “Xoşbəxtlikdən bu günə qədər ölkədə bütün seçkilər yaxşı keçirilib. 2009-cu ildə isə prezident seçkisində saxtakarlıq olduğunu iddia edən və insanları küçə etirazlarına çıxaranlar var idi. Seçkinin düzgün keçirildiyi bəlli olandan sonra həmin adamlar təqsirli bilindilər. Əslində onlara güzəşt edildi və onların barəsində ölüm hökmü ona görə çıxarılmadı ki, bəlkə tövbə etsinlər.

Onların seçkini saxta adlandıracağı, bu iddianı ortaya atacaqları gözlənmirdi. Onların bu hərəkəti gənclərin aldanmasına, etirazların baş qaldırmasına, ölkədə vəziyyətin gərginləşməsinə gətirib çıxardı”.
MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 1590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed