Şrift:
Güney Azərbaycanın Traxtur takımı Tehranın İstiqlal komandasını məğlub etdi
12.04.2014 [09:45] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol takımı ən prinsipial müsabiqələrin birində öz rəqibini əzərək oyunu başa vurdu.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 30-cu (sonuncu) həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən 3 və “İstiqlal” tərəfindən 1 qol vuruldu. “Traxtur” tərəfindən Məhəmməd Əhmədzadə 30, Məhəmməd Nüsrəti 52, Kərim Ənsarifərd 74 və “İstiqlal” tərəfindən Hənif Ümranzadə 44-cü dəqiqələrdə qol vurdular.
Bununlada “Traxtur-İstiqlal” müsabiqəsi (3 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.
Bu nəticədən sonra “İstiqlal” takımı “Traxtur”dan ağır zərbə aldı və 53 imtiyazla cədvəlin 5-ci yerində yer aldı. “Traxtur” da 45 imtiyazla 6-ci yerdə qərarlaşdı.
Eyni vaxtda keçirilən digər mçüsabiqədə Təbrizin daha bir takımı “Qostəreşe fulad” Əhvazın “Fulad” takımına uduzub və bu dövr müsabiqələrdə cədvəlin 10-cu yerində yer tutub.
Qeyd edək ki, “Traxtur” takımı bu dövr müsabiqələrdə İran kubokunun çempionu olmağı bacardı və Asiya Çempionlar Liqası oyunlarına vəsiqə qazandı.
Xatırladaq ki, Bu il də keçmiş illər kimi “Traxtur”un azərbaycanlı milyonlarla tərəfdarı bütün müsabiqələdə xüsusi aktivlik götərib və hər bir fürsətdə milli şüarlarla həyəcan yaratdılar.
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed