Şrift:
Nazir: Mobil operatorlar danışıq tariflərini aşağı salmasa, məcbur edəcəyik
17.04.2014 [11:56] - Gündəm, Sosial
“Təəssüf ki, Azərbaycanda hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir”.
Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov açıqlama verib.



“Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Mobil operatorlar bunu etməsələr, biz qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək”, - deyə nazir qeyd edib.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed