Şrift:
Güney Azərbaycanda və Iranda ötən həftənin ictimayi–siyasi mənzərəsi
21.04.2014 [12:28] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda ötən həftəylə bağlı həftəlik icmalı

İranda ən önəmli ərzaq məhsulları bahalaşması, işsizlik, edam hökmlərinin icrası, siyasi və milli fəalların həbsi və işkəncəsi davam edir. Belə ki, İran dövləti unun qiymətini qaldırdığı üçün GüneyAzərbaycanın Binab və Marağa şəhərlərində çörək qıtlığı yaranıb. Həmin şəhərlərin çörək bişirənləri unun bahalaşmasına etiraz olaraq gündə yalnız 2 saat öz zəxirə unundan çörək bişirirlər. Ona görə də əhali çörək almaqda çətinliklərlə üzləşib. Çörək bişirmə yerlərinin qarşısında isə uzun növbə səfləri yaranıb. Çörək bişirənlər dövlətin elan etdiyi baha qiymətə un almaq istəmədiklərini bildirirlər. Dünən isə oxşar xəbər Muğan bölgəsindən gəlmişdi. Məlumata görə, bu bölgənin bir neçə şəhəri, xüsusi ilə Parsabadda çörək bişirmə yerlərinin əksəriyyəti ya bağlanıb və ya yarıbağlı şəkildə fəaliyyət göstərir. Nəticə etibarı ilə əhalinin çörək əldə etməsi çətinləşib. Başqa bir məlumata görə Oxşar vəziyyət Binab şəhərində də yaşanır. Məsul şəxslər hələlik heç bir qaneedici səbəb göstərə bilməyiblər.
Bununla yanaşı İran rejimi azərbaycanlı iş adamlarını fars bölgələrində sərmayə yatırmağa məcbur edir. Bunun üçün rejim Güney Azərbaycanda sərmayə yatırma şərtlərini sərtləşdirir və azərbaycanlı iş adamlarının öz şəhərlərinə sərmayə yatırmasına mane olur.
Rejimin bu ayrı-seçkilik siyasəti nəticəsində Əhəd Əzimzadə kimi azərbaycanlı zəngin iş adamları Səreyin kimi daha əlverişli şəhərlərdə sərmayə yatırmaq yerinə Mazəndəranın Səlmanşəhr bölgəsində böyük ticarət, turizm, əyləncə və s. mərkəzlərə malik olan kompleksi tikdirməkdədir. Bu barədə artıq mətbuatda geniş məlumat yayılmaqdadır.Rejimin belə ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycan şəhərləri bilərəkdən geri saxlanılır və Azərbaycanın yeraltı və yerüstü sərvətləri fars bölgələrinə daşınmaqla həmin bölgələr abadlaşdırılır. Bunun nəticəsində isə işsiz qalan azərbaycanlı cavanlar fars bölgələrinə gedib aşağı səviyyəli işlərdə işləməyə və farslaşmağa məcbur edilirlər.
Güney Azərbaycanın qərb bölgələrində kürdləşdirmə prosesi müxtəlif layihələr vasitəsi ilə durmadan davam edir. PKK terror təşkilatından dəstək alan yerli və xarici kürd terrorçuları qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərmayə və İran rejiminin təyin etdiyi yerli məsullarının xəyanəti hesabına göz tikdikləri torpaqlara mühacirət edib, evlər tikib və iş yerləri yaradırlar.

Məlumata görə, Urmiyə Bələdiyyəsinin dəllalığı ilə Güney Azərbaycan torpaqları İraq Kürdüstanının kürdlərinə satılır. Ticarət ərazilərinin satılması və inşaat layihələrinin ötürülməsi xəbərindən sonra Urmiyə Bələdiyyə başqanı Məhəmməd Həzrətpur İraq Kürdüstanından bir kürdün Urmiyəyə 300 milyon dollar sərmayə yatırdığını və İraq kürdlərini əlavə sərmayə yatırmaq üçün dəvət etdiyini bildirib. Müşahidələrə görə, həmin Bələdiyyə başqanı rejimin Azərbaycanı kürdləşdirmə siyasəti istiqamətində əhalini aldadaraq böyük əraziləri və layihələri kürdlərə satır. Bu isə Güney Azərbaycanda yeni Qarabağ probleminin əsasını qoymaqdadır. Qeyd edək ki, Azərbaycan ərazisinə göz tikən terrorçular son illərdə Türkiyənin iqtidar partiyası AKP-nin yanlış siyasəti və İran rejiminin dəstəyi nəticəsində Güney Azərbaycanın qərb bölgəsində olduqca aktivləşiblər. Onların İran parlamentindəki millət vəkilləri və digər rəsmiləri artıq açıq şəkildə Qərbi Azərbaycan Vilayətində Şimali Kürdistan Vilayətinin yaradılmasını təklif edib və bu istiqamətdə iş aparırlar.

Eyni zamanda rejimin təhlükəsizlik və polis məmurları Güney Azərbaycan milli hərəkat fəallarına və ziyalılarina qarşı həbs,tziq və işkəncələrini davam etdirir Güney azərbaycan və iranda olan mənbələrimizin verdiyi məlumata əsasən, Tehranin Nəsimşəhr məntəqəsində tutuqlanan 6 nəfər azərbaycanlı milli-mədəni fəal gələn həftə mühakimə olunacaq. Onlar ötən 21 fevral-Dünya Ana Dili Günündə bu önəmli günlə bağlı keçirilən mərasim zamanı tutuqlanıb və Tehranın Evin zindanına intiqal ediliblər.Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Rüstəm Kazimpur, Həmid Mənafi və Mahmud Ocaqlu gələn həftə İslamşəhrin inqilab məhkəməsinin 1-ci şöbəsində mühakimə olunacaq. Milli-mədəni fəalların dosyesinin müstəntiqi Rəcəbi elan edib ki, onlar aprelin 22 və 23-də məhkəmədə olacaqlar.
Qeyd edək ki, ötən 21 fevral-Dünya Ana Dili Günü mərasimlərində Güney Azərbaycanın bir çox şəhərində 100-dən çox milli-mədəni fəal tutuqlandı. Əhər və Tehran şəhərlərində isə kütləvi həbslər oldu. Adını çəkdiyimiz fəallar həmin tutulanlar arasında olublar.yeyni zamanda Bir qrup azərbaycanlı fəal yenicə zaminə buraxılan milli-mədəni fəallar Rəsul Rəzəvi, Hüneyn Əliməhəmmədi və Taha Kermani ilə görüşüblər.
Tutulan fəallar heç bir günahı olmadan 2 aya yaxın həbs və işgəncə altında saxlanıldıqdan sonra hər biri 200-300 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıblar.
Onlarla Milli Hərəkat fəalı yeni zaminə buraxılan fəallarla görüşüb və ailələrini onların sərbəst buraxılması münasibətilə təbrik edərək, göstərdikləri səbir və dözümə görə minnətdarlıqlarını bildiriblər. Həbs edilən fəallar öz həbsləri və digər məsələlər haqqında məlumat veriblər.
Qeyd edək ki, Rəsul Rəzəvi, Taha Kirmani və Hüseyn Əliməhəmmədi aprelin 15-də Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb. 5 aydan çox həbsdə qalan fəallar bütövlükdə 6 milyard riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Hüseyn Əliməhəmmədi və Taha Kermani sistemin əleyhinə təbliğ, müqəddəslərə təhqir, ümumi əmlakı dağıtmaq və ölkədə təhlükəsizliyi qarışdırmaq üçün qanunsuz qruplara üzvlükdə ittiham edilib. Rəsul Rəzəvi isə sistemin əleyhinə təbliğ, ölkə təhlükəsizliyinə qarşı təşəbbüs göstərmək, biganə və bölücü qruplarla əlaqə, Səhənd stadionunda plakatın açılmasında iştirak və pantürkist qruplara üzvlükdə ittiham edilib.Təbrizdə İran Kəşfiyyat Nazirliyi idarəsinin məmurları Hüseyn Əliməhəmmədi və Taha Kirmanini 2013-cü il noyabrın 4-də tutub. Fəallar ETTELAAT-ın təcridxanasında işgəncələr altında 40 gün saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına intiqal edilib. Rəsul Rəzəvi isə dekabrın 4-də (azərin 13-də) tutulub. Məmurlar fəalı yaxaladıqdan sonra onun evində qanunsuz olaraq axtarış aparıblar. R.Rəzəvi Təbrizin ETTELAAT idarəsinin məmurları tərəfindən ağır bir şəkildə işgəncə edilmişdir.Bununla yanaşı Yeni GAMOH təşkilatının yaydığı xəbərə görə Aprelin 15-dən etibaren Yürüş Mehrəlibəyli və ve Araş Məhəmmədi də aclıq aksiyasına başlayıblar. Aclıq aksiyası aşağıdakılara ertiraz olaraq başladılmışdır:

1. Məhbusların ailələrinə təzyiq və hədələmələr;

2. Məhbusları öz şəhərlərinə göndərməkdən imtina edilməsi;

3. Siyasi məhbuslara məzuniyyət verilməməsi;

4. Saxlanıldıqıarı zaman evlərə soxularaq aile üzvlerinin qorxudulması;

Xatırladaq ki, Arash Məhəmmedi solçu düşərgənin nümayəndəsidir və Y.Mehrəkibəyli ilə eyni bölümdə - Təbriz həbsxanasının Maliyə suç işləri bölümündə saxlanılır.
Məlum olduğu kimi güneyli milli fəal Mahmud Fəzlinin həbsxanada aclıq aksiyasına başlamasının səbəbi Yeni GAMOH uzvlərinin işinə yenidən baxılması ücün onların sənədlərinin Tehrana göndərilməsinə zindan rəisinin öz imzası ilə razılıq verməməsi idi. Bu səbəbdən zindan rəisi ilə M.Fəzli arasında mübahisə də olmuşdu və onu narkomanların olduğu 7-ci bəndə vermişdilər.
Məlumata görə artıq zindan rəisi sənədlərə qol cəkib və Mahmudun xanımı gedib sənədləri göğtürüb və söz verilib ki, Mahmud bəyi əvvəlki yerinə qaytaracaqlar.Bu səbəbdən Mahmud Fəzli bu gündən aclıq aksiyasını dayandırıb.
Güney Azərbaycanlı milli-mədəni fəallar Rəsul Rəzəvi, Taha Kirmani və Hüseyn Əliməhəmmədi dünən Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
5 aydan çox həbsdə qalan fəallar bütövlükdə 6 milyard riallıq mülki girov qarşılığında sərbəst buraxılıb.
Hüseyn Əliməhəmmədi və Taha Kermani sistemin əleyhinə təbliğ, müqəddəslərə təhqir, ümumi əmlakı dağıtmaq və ölkədə təhlükəsizliyi qarışdırmaq üçün qanunsuz qruplara üzvlükdə ittiham edilib.
Rəsul Rəzəvi isə sistemin əleyhinə təbliğ, ölkə təhlükəsizliyinə qarşı təşəbbüs göstərmək, biganə və bölücü qruplarla əlaqə, Səhənd stadionunda plakatın açılmasında iştirak və pantürkist qruplara üzvlükdə ittiham edilib.
İran Kəşfiyyat Nazirliyi idarəsinin məmurları Hüseyn Əliməhəmmədi və Taha Kirmanini 2013-cü il noyabrın 4-də tutub. Fəallar ETTELAAT-ın təcridxanasında işgəncələr altında 40 gün saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına intiqal edilib.
Rəsul Rəzəvi isə dekabrın 4-də tutulub. Məmurlar fəalı yaxaladıqdan sonra onun evində qanunsuz olaraq axtarış aparıblar. R.Rəzəvi Təbrizin ETTELAAT idarəsinin məmurları tərəfindən ağır bir şəkildə işgəncə edilmişdir.

İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindəki zindanda saxlanan gənc azərbaycanlı hüquq müdafiəçisi Mehdi Purbayramın taleyi naməlumdur.Məlumata görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Kəleybər Azad İslam Universitetinin rəyasət heyətinin üzvü olan Mehdi Purbayramı 2014-cü il yanvarın sonunda tutub. Hüquq müdafiəçisinin evində yoxlama aparılıb, ona məxsus kompüter, CD-lər və bir sıra digər şəxsi əşyalar götürülüb.

Mehdi Purbayram tutulandan sonra 10 gün ETTELAAT-ın yerli idarəsində saxlanılıb təzyiqlər altında dindirildikdən sonra Əhər zindanına köçürülüb. Fəalın konkret nədə günahlandırıldığı bilinmir.

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, ötən aydan Tehranın Evin zindanında saxlanan fəal Behnam Şeyxi aclıq aksiyası keçirdiyindən səhhəti pisləşib.

Qanunsuz həbsinə, zindanın ağır şəraitinə və məmurların kobud rəftarına etiraz əlaməti olaraq aclıq edən Behnam Şeyxinin səhhəti kəskin pisləşdiyindən o bir neçə dəfə zindan klinikasına köçürülüb. Fəalın ailə üzvləri onunla yaxından görüşmək istəsə də zindan rəhbərliyi buna imkan verməyib.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Behnam Şeyxini martın 5-də iş yerində tutub aparıblar. İş yerində yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi Beynəlxalq Ana dili Günü tədbirlərinə fəal iştirakı ilə əlaqələndirilir. Fəal milli zəmindəki dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulsa da, az müddət saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.Bununla yanaşı Tehranın Evin zindanında aclıq aksiyası saxlayan azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxinin sağlamlıq durumu ağırlaşıb.
Onun yaxınlarının bildirdiyinə görə, B.Şeyxi zindana köçürüldükdən sonra aclıq aksiyasına başlayıb. Onun bu müddətdə sağlamlıq durumu ağırlaşıb və bu səbəbdən yenidən zindanın poliklinikasına intiqal edilib. Bir aydan çoxdur aclıq aksiyasında olan fəal ciddi böyrək xəstəliyindən də əziyyət çəkir. Lakin bütün bunlara baxmayaraq məsullar, zindanın xaricində onun müalicəsinə icazə vermirlər. Gün keçdikcə isə fəalın durumunun daha çox ağırlaşdığı bildirilir.
Behnam Şeyxi martın 5-də təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanıb və naməlum istiqamətə aparılıb. Buna səbəb onun ötən 21 fevral-Dünya Ana Dili Günündə həmin günlə bağlı keçirilən mərasimdə iştirak etməsi olub . Tehranın Nəsimşəhr məntəqəsində keçirilən mərasimdə onlarla fəal tutuqlanmışdır.
Həmin mərasimdə iştirak etdiyinə görə tutulan Əlirza Fərşi və Rüstəm Kazimpur isə keçən günlərdə ikinəfərlik məhbəsə köçürülüblər. Bu əməlin onlara daha çox təzyiq göstərmək və istədikləri etirafı almaq məqsədi ilə həyata keçirildiyi bildirilir.
Tanınmış azərbaycanlı fəal Əlirza Fərşi aprelin 9-da bir qısa telefon əlaqəsində bildirib ki, 50 gün keçdikdən sonra təknəfərlik kameradan ikinəfərlik məhbəsə intiqal edilib. O bəyan edib ki, martın 8-də Dünya Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə tutulan digər milli-mədəni fəal Rüstəm Kazimpur da həmin məhbəsə salınıb.
Son günlərdə, 21 fevral-Dünya Ana Dili Günündə tutulan digər tanınmış fəal Əkbər Azad da öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq ağır medə xəstəliyində əziyyət çəkdiyini bildirib. O ağır xəstə olmasına rəğmən müalicə üçün imkan yaradılmadığını xüsusi vurğulayıb.
Həmin mərasimdə tutuqlanan digər fəal Mənsur Fəthi isə təxminən 1 ay saxlanıldıqdan sonra martın 19-da 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azad buraxılıb.
Hazırda sözü gedən mərasimdə tutulan Behnam Şeyxi, Həmid Mənafi və Mahmud Ocaqlu hələ də naməlum vəziyyətdə saxlanılır.
Qeyd edək ki, İran rejimi bu dəfə də keçmiş illər kimi Dünya Ana Dili Günü ərəfəsində Azərbaycanın müxtəlif şəhərlərində 100-dən çox fəalı yaxalamışdır.Eyni zamanda İşçilərin hüquqlarının müdafiəçisi, soydaşımız Şahrux Zamani aclıq aksiyasını dayandırıb.

Martın 8-də aclıq aksiyasına başlayan fəal, dünən Kərəcin istintaq idarəsinin 7-ci şöbəsinə aparılıb və sonra bu şəhərin Rəcayişəhr zindanına köçürülüb. Ş.Zamaninin aclıq aksiyası saxlamasına əsas səbəb onun Kərəcin Qızılhisar zindanına köçürülməsi idi. O, artıq Rəcayişəhr zindanına köçürülüb və aclıq aksiyasını dayandırmışdır.

Qeyd edək ki, Şahrux Zamani işçilərin hüquqlarını müdafiə etdiyi üçün rejim tərəfindən qondarma ittihamlarla 11 il sürgündə həbsə məhkum edilib.
Güney Azərbaycan Milli Hərkat fəallarının verdikləri məlumata əsasən,15 aprel 2014-cü il tarixində İranın İsfəhan və Şahin Şəhr şəhərlərində yaşayan ermənilər İsfəhan şəhərinin rəhbərliyinin icazəsi əsasında, bu şəhədə yerləşən Türk Hava Yollarının ofisi qarşısına toplaşaraq, ələrində anti-Türk şuarlar yazılmış plakartlar, Türkiyyə cumhuriyyətinin əlleyhinə şuarlar səsləndiriblər. Mənbələrimizin verdiyi məlumata görə aksiyaçılar Suriyada Türk ordusu tərəfindən ermənilərin qətlə yetirildiyi iddia ediblər.
İsfəhanda yerləşən erməni icması tərəfindən təşkil olunan və İranın rəsmi orqanları tərəfindən icazə verilən aksiyanın davamı olaraq bu gün Tehranda yaşayan ermənilər eyni məzmunlu aksiyanı BMT-in Tehran nümayəndəliyinin qarşısında keçirəcəkləri bildirilib.
Xatırladaq ki, hər il İranda yaşayan ermənilər 24 aprel tarixini qondarma erməni soyqırımı günü kimi qeyd edərək, Tehranda Türkiyə səfirliyi qarşısına toplaşaraq, bu ölkənin əleyhinə təhqiredici şuarlar səslənirir və Türkiyənin dövlət bayrağını yandırırlar. Bu il də İran ermənilərin 24 aprel tarixində Türkiyə səfirliyi qarşısında icazəli aksiya keçirəcəkləri gözlənir.
Xəbər verdiyimiz kimi, aprelin 16-da iranda yaşayan ermənilər BMT-nın Tehrandakı ofisinin binasının qarşısına toplaşıb.Aksiyada Türkiyə hökumətinin Suriya siyasəti pislənilib, rəsmi Ankaradan bu məsələ ilə bağlı siyasətini yenidən nəzərdən keçirməsi istənilib.Onlar Türkiyə-Suriya sərhədində yerləşən Kəsəb bölgəsində “ən-Nüsra” üzvlərinin erməni kəndinə həyata keçirdikləri hücumu da qınayıb, rəsmi Ankaradan terrorçuları silah-sursatla təmin etməyi dayandırmağı tələb ediblər.Nümayişçilər BMT və digər beynəlxalq təşkilatlardan Türkiyənin Suriyada müharibə alovunu körükləyən cəhdlərinin qarşısının alınması bu ölkəyə təzyiq göstərməsini istəyiblər.Aksiya bəyanatın oxunması və qətnamənin BMT-nin Tehrandakı ofisinə təqdim olunması ilə başa çatıb.Qeyd edək ki, bir qrup erməni aprelin 15-də də İranın İsfahan şəhərində Türkiyə əleyhinə aksiya keçirib və alksiyaların keçirilməsinə İran rejimi rəsmi icazə verib.
İranla altılıq ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri ABŞ-da keçiriləcək Məlumata görə, tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün mayın 5-9-da Nyu-Yorkda olacaq.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri mayın 13-də BMT-nin Vyanadakı ofisində keçiriləcək.
Bu arada İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandanı Məhəmmədəli Cəfəri aprelin 14-də jurnalistlərə açıqlamasında Həsən Ruhani hökumətindən gileylənib.
Məhəmmədəli Cəfəri deyib ki, “Sepah” və onun nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatı iqtisadi fəaliyyət sahəsində böyük təcrübəyə malikdir: “Təəssüflər olsun ki, prezident Ruhani hökuməti bu günə qədər “Sepah” və “Bəsic”in iqtisadi təkliflərinə müsbət yanaşmayıb. Ümid edirik ki, Ruhani hökuməti bundan sonra “Sepah” və “Bəsic”in iqtisadi sahədəki uğurlu təcrübə və qabiliyyətindən, onun təklif və tövsiyələrindən layiqincə istifadə edəcək”.

Məhəmmədəli Cəfəri “Sepah”ın iqtisadi təkliflərinin nədən ibarət olduğu haqda açıqlama verməyib.
İranda 2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda iştirak etmiş və sonradan ölkədən mühacirət etmiş müxalifətçilər qiyabi mühakimə olunub.
Belə bir qiyabi mühakimənin olduğunu İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei açıqlayıb.

Baş prokuror aprelin 14-də jurnalistlərlə söhbətində deyib ki, 2009-cu ildəki fitnədə (hökumət həmin ildə baş vermiş etirazları fitnə adlandırır – red.) iştirak edənlərin hamısı qiyabi şəkildə məhkum edilib: “2009-cu ildəki fritnədə günahlandırılan və xarici ölkələrə qaçanların 2014-cü ilin mart ayında qiyabi məhkəməsi keçirilib və onların hamısı məhkum edilib. Əgər bu şəxslərə və ya onların vəkillərinə əlimiz çatmasa, məhkəmə hökmünü onlara başqa yollarla göndərəcəyik”.

Möhsüni Ejei hansı müxalifətçilərin qiyabi məhkum edildiyini, onların sayının nə qədər olduğunu, onlara qiyabi olaraq neçə illik həbslərin verildiyini deməyib.

İranın kəşfiyyat naziri Mahmud Ələvi bundan əvvəl jurnalistlərə açıqlamasında 2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə etirazlardan sonra ölkədən qaçmış şəxsləri geri qayıtmağa çağırmışdı: “Biz 2009-cu ildəki prezident seçkisindən sonra ölkədən qaçanların yersiz qorxusunu aradan qaldırmağa hazırıq. Əgər xaricə gedənlər günah iş görməyiblərsə, bir zəmanət veririk ki, ölkəyə qayıtsalar onlara hər hansı problem yaranmayacaq”.

Qeyri-rəsmi məlumatlara görə, 2009-cu ilin prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra İrandan minlərlə adam mühacirət edib.
Böyük Britaniyanın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiya tətbiq edib.Məlumata görə, buna səbəb kimi İranda insan haqlarının pozulması göstərilib.Xəbərdə Böyük Britaniyanın hazırkı yenilənmiş “qara siyahısı”nda İranın 15 indiki və sabiq rəsmisinin adları öz əksini tapıb. Siyahıda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi, İranın keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi, Tehranın sabiq prokuroru Səid Mürtəzəvi, Qurbanəli Dəri Nəcəfabadi və digər şəxslərin adları var. Böyük Britaniyanın Maliyyə Nazirliyi öz bəyanatında həmin şəxslərin bu ölkədəki aktivlərinin dondurulmasını və ölkənin maliyyə qurumlarına onlarla hər hansı əməkdaşlığı qadağan edib.Qeyd edək ki, hazırda Böyük Britaniyanın “qara siyahısı”nda 86 iranlının adı var. Onların arasında Mahmud Abbaszadə Meşkini, Seyid Mürtəza Bəxtiyari, Həmidrza Emadi, Məhəmməd Hüseyni, Məhəmməd Saleh Cokar, Əzizullah Rəcəbzadə, Mahmud Salarkiya və Höccətullah Suri də daxil olmaqla digər tanınmış şəxslərin adları var. Bu siyahı tez-tez yenilənir.

ABŞ Nümayəndələr Palatası aprelin 10-da İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Əbutalıbinin ölkə ərazisinə buraxılmasının qarşısının alınması barədə qanun layihəsini yekdilliklə qəbul edib.

Aprelin 7-də ABŞ Senatı tərəfindən təsdiqlənmiş sənəd qüvvəyə minməsi üçün ölkə prezidenti tərəfindən imzalanmalıdır.

Qanun layihəsinin müəllifi Texas ştatının senatoru Ted Kruzdur. Sənədə əsasən, terrorçuluq, adam oğurluğu və casusluq fəaliyyəti ilə məşğul olmuş şəxslər ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil edir və onların bu ölkənin ərazisinə daxil olması qadağan olunmalıdır. Artıq ABŞ Konqresi qanunun təsdiqlənməsi üçün Prezident Administrasiyasına təqdim edib.

Qeyd edək ki, H.Əbutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Əbutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ötən gün ABŞ Dövlət Departamenti İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyinatından ciddi narahat olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İranın seçimi xeyli problem yaradacaq: “Biz bu məsələni diqqətlə nəzərdən keçiririk və mümkün seçimdən çox narahatıq”. O, həmçinin H.Əbutalibiyə viza verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: “BMT-nin ofisi Nyu-Yorkda yerləşdiyindən, ABŞ-ı dövlətlərin nümayəndələrini qəbul etməyə məcbur edir”.

Ancaq bununla belə, H.Əbutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.

MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed