Şrift:
Güney Azərbaycanda və Iranda son həftənin ictimayi–siyasi mənzərəsi
26.04.2014 [14:09] - Güney Azərbaycan xəbərləri, MDH
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı

Məlum olduğu kimi, İran rejimi ölkədə qeyri fars millətlərə qarşı ayrı seçkilik siyasətini bütün formalarda davam etdirir. Rejimin bu siyasəti nəticəsində Güney Azərbaycan türklərinə qarşı ciddi asimilasiya və represiya tədbirləri uzun illərdən bəri davam etməkdədir. Güney Azərbaycan mənbələrimizin verdiyi məlumata əsasən İran rejimi Güney Azərbaycanın inzibati ərazilərini bölərək qərbi azərbaycan vilayətlərini kürdlərə və Şərqi Azərbaycan vilayaətinində bir neçə şəhər və qəsəbələrini Gilan vilayətinin tərkibinə daxil etməyə başalyıb. Məlumatda bildirilir ki, İran rejimi Azərbaycan şəhərlərini bir-bir doğma vilayətlərin tərkibindən çıxarıb, digər vilayətlərə daxil etmək yolunda öz siyasətini davam etdirir. Qərbi Azərbaycan ərazilərini kürdlərə verməyə çalışan rejim Xalxal və Kosəri də Gilan əyalətinə verməyi planlaşdırır. Rejim tərəfindən Xalxal və Kosər şəhərlərindən İran parlamentinə millət vəkili kimi göndərilən Cəlil Cəfəri Parlamentdə iddia edib ki, guya həmin Azərbaycan şəhərlərinin əhalisi öz əyalətlərini dəyişib, Gilan vilayətinə birləşmək istəyirlər. Rejim bu yolla Astara, Həşpər və Ənzəli kimi Azərbaycan şəhərlərini Gilana verəndən sonra, indi də Xalxal və Kosəri Azərbaycandan ayırmağı qarşıya məqsəd qoyub. Rejim eyni zamanda qərəzli və məqsədyönlü şəkildə təbliğat aparır ki, guya bölgənin məhrumiyyət içərisində yaşaması Ərdəbillə bağlıdır və əgər həmin şəhərlər Gilan əyalətinə qatılsalar onda məhrumiyyət olmayacaq. Bu təbliğat isə, rejimin Azərbaycanı parçalamaq üçün, çirkin planını həyata keçirməyə şərait yaratmaq üçündür. Qeyd edək ki, İranda anti-Azərbaycan siyasəti nəticəsində “Azərbaycan” sözü artıq bir neçə məhdud məntəqəyə deyilir və Zəncan, Həmədan, Qəzvin və hətta Ərdəbil kimi böyük vilayətlərin üzərindən belə “Azərbaycan” sözü götürülüb. Rejimin bu siyasəti də həmin istiqamətdə atılan bir addım hesab olunur.başaq bir məlumatda bildirilir ki, Rejim Qərbi Azərbaycanı kürdləşdirmə istiqamətində yerli kürd dərgilərini Qərbi Azərbaycanda satışa buraxıb. Artıq “Kürdüstan Həftəliyi” üçün rejim tərəfindən Azərbaycan şəhəri olan Soyuqbulaqda lesenziya verilib. Halbuki, belə nəşrlər Sənəndəc və ya Kermanşahda olmalıdır. Üstəlik PKK və PJAK terrorçu təşkilatlarının ideyalarını təbliğ edən belə nəşrlərə icazə verildiyi halda, rejim 40 milyondan çox Azərbaycan türkünə öz doğma diyarında türkcə nəşrlərə icazə vermir. Rejimin Qərbi Azərbaycanı kürdləşdirmə siyasəti istiqamətində artıq Azərbaycanın bu bölgəsi kürd terrorçuların əməliyyat meydanına çevirib və zaman-zaman soydaşımız kürd terrorçuları tərəfindən şəhid edilir. Bununla yanaşı İran rejimin təhlükəsizlik məmurları milli hüquq və azdalıqlarını tələb edən soydaşlarımıza qarşı həbs,işkəncə, təqib və təziqləri davam etdirir əldə olunan məlumata əsasən, Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan 66 siyasi məhbus həbsxana məmurlarının bir neçə gün əvvəlki zorakılığına etiraz olaraq aclıq aksiyasına başlayıb.Məhbuslar təzyiq və zorakılığın dayandırılmasını tələb edirlər. Aksiyaya qoşulan siyasi məhbuslar zindan rəhbərliyinin onlardan üzr istəməməsi, döyüldükdən sonra həbsxananın 240-ci korpusuna və təkadamlıq kameralara köçürülən məhbusların geri qaytarılmaması təqdirdə aclığı davam etdirəcəklərini bildiriblər.

Aclıq edənlər arasında bir sıra azərbaycanlı fəallar, o sıradan da tanınmış siyasi məhbuslar Əbdülfəttah Sultani, İsmayıl Bərzigəri, Əsədulla Əsədi, Yaşar Darüşşəfa və Əmir Qaziyani də var.Aprelin 17-də Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb. Hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.Bu arada Bir qrup zəncanlı ictimai-mədəni fəal və jurnalist, tanınmış azərbaycanlı siyasi məhbus Səid Mətinpurun evində olub və onun həyat yoldaşı Ətiyyə Tahiridən aclıq aksiyasını dayandırmağı xahiş ediblər.Aprelin 22-də baş tutan görüşə qatılan fəallar, Səid Mətinpurun həyat yoldaşı və anasını dinləyərək onun son vəziyyəti ilə marağlanıblar.
Xanım Tahiri fəallardan görüşə gəldikləri üçün təşəkkür edib və bildirib ki, mən sizlərin nigaranlığına son qoyub və öz daxili meylimə qarşı olsa da, aclıq aksiyasını dayandırmalıyam. ona görə ki, mən heç vaxt özümə icazə verə bilmərəm sizin kimi əziz fəallar və böyüklərin sözü yerə düşsün!
Qeyd edək ki, aprelin 19-da xanım Tahiri öz facebook səhifəsində həyat yoldaşı Səid Mətinpura dəstək məqsədi ilə aclıq aksiyasına başladığını elan etmişdir: “Bu gün qanunsuz bir qüvvə əsir vəziyyətdə olan məhbuslara hücum edib. Mən buna sükut edə bilmərəm və aclıq aksiyasına başlamaqdan başqa yol yoxdur”.
Səid Mətinpur isə aprelin 17-dən aclıq aksiyasına başlayıb. Həmin gün zindan məmurları və mülki paltarlı təhlükəsizlik qüvvələri Tehranın Evin zindanının 350-ci bölümünə hücum edib və məhbusları vəhşicəsinə döyüblər. Hücum hadisəsində tanınmış azərbaycanlı siyasi məhbus Səid Mətinpur ağır yaralanıb və musiqi sənətçisi, azərbaycanlı məhbus İsmail Bərzgərin isə qabırğası qırılıb. Məmurlar məhbusları döyüb və işgəncə etdikdən sonra Səid Mətinpuru təknəfərlik kameraya (sellul) aparıblar. Ümumiyyətlə döyülən məhbuslardan 30-dan çoxu yaralanıb və onlardan ən azı 4 nəfəri ağır yaralandığı üçün zindandan xaric şəhər xəstəxanasına intiqal edilməli olub. 32 nəfər isə döyüldükdən sonra təknəfərlik kameraya aparılıb.polis dəyənəyi və digər vasitələrlə məhbusları döyən hücumçuların sayı 100 nəfərdən çox olub. məlumata görə, təknəfərlik kameraya intiqal edilən məhbusların əksəriyyəti artıq geri qaytarılıb.
Xatırladaq ki, Azərbaycan türklərinin milli və mədəni hüquaları uğrunda fəaliyyət göstərən tanınmış fəal və jurnalist Səid Mətinpur qondarma ittihamlarla Tehranın inqilab məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, 6 ilə yaxındır Evin zindanında məzuniyyətsiz bir şəkildə məhbus həyatı yaşayır.Bununla yanaşı İki aydır Tehranın Evin zindanında saxlanan tanınmış azərbaycanlı fəallar Əkbər Azad və Əlirza Fərşi həbsxananın 305-ci bölümünə köçürülüb.
Tutulan vaxtdan zindanın 209-cu bölümündə saxlanan fəalların həbsxananın daha sərt rejimlə idarə edilən 305-ci bölümünə köçürülməsinin səbəbi bilinmir. Həmçinin bildirilir ki, mədə ağrısından ağır əziyyət çəkən fəal Əkbər Azadın şəhər xəstəxanasında müalicə almağa ehtiyacı olsa da, buna icazə verilmir.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları polis qüvvələri ilə birlikdə hər iki fəalı fevralın 21-də Tehran yaxınlığındakı Nəsimşəhr şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən dinc toplantıda tutub aparıblar. Məhbus fəalların dəqiq olaraq nədə günahlandırıldığı bəlli deyil.
Qeyd edək ki, İranda Azərbaycan milli kimliyi uğrunda apardıqları dinc mübarizəyə görə tutulan fəalların sayı adı çəkilən fəallarla məhdudlaşmır. Təkcə ötən 21 fevral-Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində 100-dən fəal təhlükəsizlik qüvvələri tərəfindən tutuqlandı. Onların əksəriyyəti azadlığa buraxılsa da, hələ də həbsxanalarda qeyri-müəyyən vəziyyətdə saxlanan fəallar mövcuddur.
Güney Azərbaycanlı milli-mədəni fəal Rüstəm Kazimpur ağır mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Milli-mədəni fəal 1 milyard riallıq mülki vəsiqə qarşılığında aprelin 21-də Tehranın Evin zindanından sərbəst buraxılıb. O ötən 21 fevral-Dünya Ana Dili Günündə keçirilən mərasimdə iştirak etdiyinə görə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Tehran şöbəsinin əməkdaşları tərəfindən martın 9-da öz iş yerlərində tutuqlanıb. Həmçinin azərbaycanlı fəalın evində axtarış aparılıb, ona məxsus noutbuku, bəzi şəxsi əşyaları müsadirə edilib. ETTELAAT-ın nəzarəti altında olan Tehranın Evin həbsxanasının 209-cu bölümündə saxlanıldığı müddətdə R.Kazımpurun ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilir.
Qeyd edək ki, ötən Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində 100-dən çox fəal tutuldu. Xüsusi ilə Əhər şəhəri və Tehranın Nəsimşəhr məntəqəsində Dünya Ana Dili Günü ilə bağlı keçirilən mərasimə qatılanlar kütləvi şəkildə həbs edildilər. Adını çəkdiyimiz fəal həmin mərasimlə əlaqədar yaxalanmışdır.
Başqa bir məlumata görə həbsdə olan Güney Azərbaycanlı milli-mədəni fəal Rüstəm Kazimpur mülkigirov qarşılığında azadlığa buraxılıb.Milli fəal 1 milyard riallıq(2 yüzmin doolar) dəyərində mülki girovqarşılığında aprelin 21-də Tehranın Evin zindanından sərbəst buraxılıb. O ötən 21 fevral-Dünya Ana Dili Günündə keçirilən mərasimdə iştirak etdiyinə görə İran Kəşfiyyat Nazirliyi Tehran şöbəsinin əməkdaşları tərəfindən martın 9-da öz iş yerlərində tutuqlanıb. Həmçinin azərbaycanlı fəalın evində axtarış aparılıb, ona məxsus noutbuku, bəzi şəxsi əşyaları müsadirə edilib. ETTELAAT-ın nəzarəti altında olan Tehranın Evin həbsxanasının 209-cu bölümündə saxlanıldığı müddətdə R.Kazımpurun ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilir.Qeyd edək ki, ötən Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində 100-dən çox fəal tutuldu. Xüsusi ilə Əhər şəhəri və Tehranın Nəsimşəhr məntəqəsində Dünya Ana Dili Günü ilə bağlı keçirilən mərasimə qatılanlar kütləvi şəkildə həbs edildilər. Adını çəkdiyimiz fəal həmin mərasimlə əlaqədar yaxalanmışdır. Güney Azərbaycan Milli Hərkatının davam.az saytına verdiyi məlumata görə, Rüstəm Kazımpur aprelin 21-də ailəsinin qoyduğu mülk girovu qarşılığında Tehranın Evin həbsxanasının 209-cu bəndindən sərbəst buraxılıb.Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Tehran şöbəsinin əməkdaşları R.Kazımpuru Mahmud Ocaqlu ilə birgə martın 9-da iş yerlərində həbs edərək naməlum yerə aparıblar. Azərbaycanlı fəalın evində axtarış aparılıb, ona məxsus noutbuku, bəzi şəxsi əşyaları müsadirə edilib. ETTELAAT-ın nəzarəti altında olan Tehranın Evin həbsxanasının 209-cu saxlanıldığı müddətdə R.Kazımpurun ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilir.
Bu arada İranda özəliklə Güney Azərbaycanda işsizlik və bahalıq günü gündən artmaqda davam edir beləki, İran rejiminin apardığı yalnış siyasət nəticəsində ölkədə bahalıq hökm sürür.Bu bahalıq ayri-seçkiliyə məruz qalan Azərbaycan bölgələrində daha çox özünü göstərir. Son məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində taksilərin gediş haqqı 25% bahalaşacaq.
Artıq Sulduzun Şəhər Şurası taksiçilər qurumunun təklif etdiyi yeni qiymətə baxıb. Yeni qiymət Şəhər Şurasında onaylandıqdan sonra yekun təsdiqlənmə üçün Qərbi Azərbaycanın valiliyinə göndəriləcək. Şəhər Şurasının rəisi Seyid Mehdi Ələvi qiymət artımının 25% olduğunu bildirib. Həmin məlumatda deyilir ki, yeni qiymət valilikdə təsdiq edildikdən sonra taksiçilər gediş haqqını 25% deyil, 50% qaldıracaqlar.Bununla yanaşı mərkəzi hakimiyyət tərəfindən baxımsız durumda olan Güney Azərbaycan şəhərlərinin yolları və çirkab su kanllarının normal olmaması nəticəsində Son iki gündə Təbriz, Miyana, Şəbistər, Heris və s. kimi şəhərlər güclü yağış və dolu yağması nəticəsində selə məruz qalıblar.Sel bölgəsində əhaliyə ciddi maddi xəsarət dəyib və ağır vəziyyət hələ də davam etməkdədir. Həmçinin Miyana şəhərində təbii fəlakət nəticəsində 4 nəfər həlak olub.Təbriz şəhərinin isə baxımsızlıq nəticəsində belə bir selə heç bir şəkildə hazırlığı olmadığı üçün çətin vəziyyət yaranıb. Suyun xiyabanlardan intiqal edilməsi mümkün olmadığına görə küçə və xiyabanlar su ilə doludur və nəticədə bir çox avtomobil çevrilib və su altında qalıb.
Qurumaqda olan Urmiyə gölü böhranı dərinləşir! İranın Qərbi Azərbaycan əyalətinin Ekologiya İdarəsinin sədri Həsən Abbasnijad bildirib ki, “Bu ilin yayına qədər Urmiyə gölünün xilas edilməsi üçün addım atılmasa, gölün cənub hissəsini itirəcəyik və bundan sonra onun xilası mümkün olmayacaq.”

H.Abbasnijad, Urmiyə gölünün xilas edilməsi ilə bağlı təşkil edilmiş İşçi qrupunun ötəngünkü iclasında quruma prosesinin sürətlə artdığını deyib: “Baş verən problemlər nəticəsində göl suyu hər gün azalaraq 7%-ə enib. Hazırda göldə 2.3 milyard kubmetr (metr-i mükəəb) su qalıb. Göldə duzluluğun miqdarı artaraq, hər litrdə 400‰-ə (promil) çatıb. Bu, dünyada ən duzlu su hesab edilir. Əgər yaya qədər konkret addım atılmasa, gölün xilas edilməsinə ümid qalmayacaq.”
Qeyd edək ki, İran rejimi uzun illərdir qurumaqda olan Urmiyə gölünün qurtarılması istiqamətində heç bir əməli iş görmür. Bütün bunlar o halda baş verir ki, göl quruyacağı təqdirdə on milyonlarla insanın həyatı təhlükə altına düşəcək və onların bölgədə köçməsi gərəkəcək... .

Bu arada İran rejimi Sisteminin Məsləhətini Müəyyənləşdirən Qurumunun rəisi Haşimi Rəfsəncani bir qrup siyasi məhbus ailəsi ilə görüşüb.Rəfsəncani deyib ki, müəyyən dairələr Ruhani hökumətinə təzyiqi artırıb: “Bəziləri Ruhani hökumətinin səriştəsiz, xaraktersiz, iradəsiz bir hökumət olduğunu aşılamağa çalışır. Onlar ölkənin indiki həssas şəraitində açıq-aşkar Ruhani hökumətini yormağa, onu gücdən salıb çətin vəziyyətlə üz-üzə qoymağa can atırlar”.Rəfsəncani mötədilliyin əhəmiyyətinə toxunaraq ölkədə ifratçılığa son qoyulmasını vacib saydığını bəyan edib: “Güman edirəm ki, biz ifratçılıqdan uzaq olmalı, demokratik üsullara qayıtmalı, xalqı qanunla idarə etməliyik”.
Haşimi Rəfsəncani açıq bildirməsə də, güman olunur ki, onun dedikləri bir neçə gün əvvəl Tehranın Evin zindanında siyasi məhbusların döyülməsi ilə bağlıdır.Aprelin 17-də Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb. Hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.Zindan məmurlarının, ETTELAAT əməkdaşlarının və 100-ə yaxın dəyənəkli əsgərin hücumuna məruz qalan məhbuslar ağır bədən xəsarəti alıblar. 5 nəfər şəhər xəstəxanasına aparılıb, onlarla məhbus isə təkadamlıq kameraya köçürülüb.
İran rejiminin daxildə və xaricdə apardığı yanlış siyasəti nəticəsində ciddi sanksiyylara məruz qalmasına baxmayraq yenədə Rusiya kimi müttəfiqlərinin boş vədlərinə inanaraq qərb dövlətərini təhdid etməkdən əl çəkmir.Ölkə iqtisadiyyatının tam yararsız hala düşməsi,işsizlik,ərzaq və məişət əşyalarının çatışmamazlığı və dövlət məmurlarının maşlarının aylarla verə billməməsinə baxamayaraq İran ordusu Quru Qüvvələrinin komandanı Əhmədrza Purdəstan aprelin 20-də xarici ölkələrin hərbi attaşeləri ilə görüşərək 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə aparılan nüvə danışıqlarına toxunub.

Əhmədrza Purdəstan 5+1 qrupunu təhdid edib: “Əgər 5+1 qrupu nüvə müzakirələrində verdiyi vədlərə əməl etməsə, İran İslam Respublikası nüvə danışıqlarının davam etdirilməsinə israr etməyəcək və ən qısa zamanda digər nüvə texnologiyalarını əldə edəcək. Bizim hərbi qüvvələrimiz ölkədə istehsal edilən yeni silahlarla da hər hansı xarici hücumun qarşısını almağa qadirdir. Bizim nüvə silahından istifadə etməyə ehtiyacımız yoxdur”.

Qərblə İranın nüvə danışıqları ötən il noyabrın 24-də razılaşma ilə başa çatıb. 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir.Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.
Lakin bütün bunlara baxmayraq İran sanksiylardan canını qurtara bilmir bu səbəbdən İran rejimi son zamnlar uzun illərdən bəri ermənistandan başqa bütün qonşu dövlətlərlə mənfi münasibtdə olduğu Azərbaycan ,Gürcüstan və Türkiyyə kimi dövlətlərin imkanlarından öz xeyrinə istifadə etməyə çalışır.
İran, Azərbaycan və Gürcüstanın əlaqələrinin inkişafı və İran dəmiryolunun Azərbaycan vasitəsilə Gürcüstana birləşməsi bölgənin xeyrinədir. Bu sözləri İran Prezidenti Həsən Ruhani Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili ilə görüşündə deyib.
Həsən Ruhani deyib ki, İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır. O,bildirib ki, İran üçün Qara dənizə çıxış xüsusilə Batumi limanı vasitəsilə önəmlidir. Onun sözlərinə görə, İran qonşu ölkələrlə, xüsusilə Gürcüstanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Görüşdə iki ölkənin özəl sektorunun əməkdaşlığı üçün güzəştlərin tətbiqi və universitetlər arasında əlaqələrin artırılmasının zəruriliyindən danışılıb.
İran rəsmiləri bundan öncə Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlayıblar. Dəmir yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.
İran Bakı-Tiflis-Qars dəmiryol layihəsinə qoşula bilərmi?
Bəzi ekspertlərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında yaxınlaşma hiss olunur.
İran rejimi bu yolla ölkəyə tətbiq olunan sanksiyaları netirallaşdırmaq istəyir və bölgədə öz təsir imkanlarını artırmaqa cəhd edir: "Başqa tərəfdən isə İran bilir ki, Gürcüstan və Azərbaycan qərb dövlətlərilə sıx istrateji əmkdaşlıq edir. Həm hərbi həm də siyasi. Əgər İran Azərbaycan və Gürcüstanla əmkdaşlıqını genişləndirsə o zaman qərb dövlətləri bu əməkdaşlıqa qısqancılıqla yanaşacaq və nəhayət qərblə münasibətlərimiz pisləşə bilər. İran və Rusiya hər zaman çalışır ki, Azərbaycanı və Gürcüstanı öz təsirləri altına alsın. İran Gürcüstanla bir tərəfli olaraq vizanı ləğv etməsi də bu siyasətin tərkib hissəsidir. Başqa tərəfdən isə İran Gürcüstanda və Azərbaycanda təsir imkanları artırmaq üçün yerli əhali arasında din faktorundan istifadə edərək münaqişələr yaratmaqla bu bölgədə sabitliyi pozmağa çalışır. İran Ermənistandan başqa bölgə dövlətlərin heç biri ilə münasibətlərində səmimi deyil".
İran erməniləri aprelin 24-də tehranda iranın himini oxudular
Güney Azərbaycan Milli Hərəkatı-an verilən məlumata əsasən hər il olduğu kimi, bu ildə İran rejiminin himayəsində yaşayan ermənilər 24 Aprel qondarma soy qırımı gününü qeyd etmək üçün İran rəsmilərinin icazəsilə tehranda Türkiyə əleyhinə şuarlar səsləndirdilər.Əldə olunan video görüntülərdə ermənistandan gələn və tehranda yaşayan ermənilər əlrində Xamneyinin şəkillərini və İran bayraqlarını tutaraq İranın dövlət himinini səslənirirlər və sonra Türkiyyə əliyhinə şuarlar deyirlər.
Xatırladaq ki,26 fevral 1992-ci ildə erməni və rus hərbi birləşmələri tərəfindən Azərbaycan respublikasının Xocalı şəhəri və ətraf kəndlərin bütün sakinləri təmamilə soyqırıma məruz qalıb minlərlə dinc müsəlman Türk, körpə uşaqlar,hamilə qadınlar,yaşlı qadın və kişlər amansızcasına ermənilər tərəfindən qətlə yetirilib. Güney azərbaycnlılar hər il bu ağır faciənin qurbnlarını yad etmək üçün hər hansı bir formada mərasim keçirmək istədikləri zaman "İran İslam" rejiminin məmurları tərəfindən hücuma məruz qalır və çox sayda soydaşımız həbs olunaraq işkəncə və təziqlərə məruz qalırlar. Amma İranda rejim tərəfindən ermənilərin müsəlman Türk millətinə qarşı olan bütün aksiya və tədbirlərinə rəsmi olaraq icazə verilir.

MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed