Şrift:
Güney Azərbaycanda və Iranda son həftənin ictimayi–siyasi mənzərəsi
07.06.2014 [12:46] - Gündəm, MDH, Güney Azərbaycan-Təbriz
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı



Bu həftəki icmalımızda, Güney Azərbaycan və İranda ictimai-siyasi proseslərin xülasəsini oxucularımızın diqqətinə çatdıracayıq.
Məlum olduqu kimi, son illərdə Qərb dövlətlərinin və ABŞ-ın iranda nüvə silahının əldə olunmasına və İranda insan haqlarının pozulması, qeyri-fars millətlərin ayrı seçiliyə məruz qalmasının qarşısını almaq üçün iqtisadi sanksiyaları davam etməkdədir. Bu səbəbdən dolayı iranda ciddi iqtisadi və siyasi böhran yaşanmaqdadır.lakin tətbiq olunan iqtisadi sanksiylar iran rejimindən çox ölkə əhalisinin yaşam durumuna daha çox təsir edib.
Yerli mənbələrimizin verdiyi məlumatlara əsasən yoxsulluq həddində yaşayan iran əhalisinin əksəriyyəti sanksiylarldan sonra dahada ağır durumda yaşamaq mcbur qalıblar.Son illərdə ölkə boyunca özəliklə Güney Azərbaycanda iş yerlərinin bağlanması, işsizliyin çoxalmasına səbəb olmaqla yanaşı ərzaq mallarınında ciddi bahlaşmasına səbəb olub bununla yanaşı mrəkəzi Fars hakimiyyətinin anti Türk siyasəti nəticəsində Güney Azərbaycanın təbii resuslarını məhv etmək və ya yerli işçi qüvvələrindən istifadə etməmək siyasəti nəticəsində güney azərbaycan türklərini öz tarixi torpaqlarından iranın başqa vilayətlərinə köç etməyə məcbur edir.Yerli sahibkarlar və sərmayə shibləridə öz doğma yurdlarında sərmayə yatırmaq irsq etmirlər həmdə rejim tərəfindən sərmayələrini fars vilayətlərində işlətməyə məcbur edilirlər.Son bir ay ərzində mərkəzi hakimiyyət bəzi sahələrə ö cümlədən qızıl məhsullarına vergiləri 3% dən 8% qaldıraraq güney Azərbaycan zərgərlərinin durumunu gözə çarpacaq dərəcədə çətinləşdirib və nəticədə Təbriz,Urmiyyə,Ərdəbil,Marağa zərgərləri vergilərin artımına etiraz olaraq öz iş yerlərini və qızıl satışı mağazalarını bir aya yaxındır ki,bağlamağa məcbur olublar ki nəticə etibarilə bu şəhərlərdə işsizlərin cərgəsinə xeyli sayda əlavə olunub.
Kütləvi ixtişaşlardan və tətillərdən qorxuya düşən molla rejimi əhalinin sosiyal və milli hüquqlarının təmin etmək əvəzinə ölkə boyunca kütləvi edamlar,həbs.təqib və işkəncələrə üstünlük verir.
Uzun illərdən bəri beynəlxalq insan haqları təşkilatları iranda ibtidai insan haqlarının pozulması,siyasi baxşlarına görə insnların edam və işkəncələri dayndırmaq tələbilə molla rejiminə dəfələrlə xəbərdarlıq etsədə bu rejimi öz çirkin əməllərindən çəkindirə bilməyib.Son günlərin məlumatına əsasən Uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan Güney azərbaycanlı fəal həbs edilib. Səid Şirzad İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən iyunun 2-də iş yerində (Təbriz neft emalı zavodu) tutulub. Onun harada saxlanıldığı və nə üçün həbsə alındığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, S.Şirzad 2012-ci il avqustun 21-də həmin il avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ bölgəsinə yardım apardığına görə həbs edilib. O, 19 gün həbsxanada qaldıqdan sonra ailəsinin qoyduğu 10 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi S.Şirzadı İran hakimiyyətinin əleyhinə təbliğat aparmaqda və ölkənin ali dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandıraraq bir il müddətinə azadlıqdan məhrum edib. Hökm 5 il müddətinə keçərli olmaqla şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Təbrizin mərkəzi zindanında həbsdə olan Güney Azərbaycan fəal,Yeni GAMOH təşkilatının rəhbəri Lətif Həsəni haqlı istəklərinə nail olana qədər aclıq aksiyasına davam edəcəyini bildirib. Fəal bu sözləri aclıq aksiyasının 17-ci günündə həyat yoldaşı ilə şüşə arxasından görüşərkən deyib. Onlar iyunun 3-də görüşüblər.Fəalın həyat yoldaşı Əzəm Piri bildirib ki, Lətif Həsəninin sağlamlıq vəziyyəti pisləşib, ürək döyünməsi artıb, qan təzyiqi düşüb və dərmanlardan yüksək dozada istifadə etməyə məcburdur. Fəal bildirib ki, bütün haqlı tələblərinə nail olanadək aclıq aksiyasını dayandırmayacaq. O siyasi məhbusların hüquqlarının tapdanması, onların cinayətkarların bəndində saxlanılması, öz yaşadığı şəhərin zindanına köçürülməməsi və siyasi məhbusların ailələrinə qarşı rejimin təzyiqlərinin davam etməsinə etiraz edir.

Xatırladaq ki, adını çəkdiyimiz fəal, Ayət Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadə ilə birlikdə qanunsuz təşkilat yaratmaqda və sistemin əleyhinə təbliğ etməkdə günahlandırılaraq 9 il həbsə məhkum edilib.
Güney Azərbaycanlı milli-mədəni fəal Səid İbrahimzadə Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsi tərəfindən 3 il həbs cəzasına məhkum edilib.
Hakim Rəhim Həmlbər İran Kəşfiyyat Nazirliyi idarəsinin raportu əsasında müttəhimi göndərdiyi SMS və stadionda şüar səsləndirdiyinə görə, sistemin əleyhinə təbliğdə günahlandırıb.
Fəal keçən ay Təbriz məhkəməsinin şöbələrinin birinə çağırılıb və məhkəmə məsullarının göstərişi ilə saxlanılıb və sonra isə Təbriz zindanına intiqal edilib.
S.İbrahimzadə müstəntiq tərəfindən bir neçə saat dindirildıkdən sonra Təbrizin mərkəzi zindanına intiqal edilib, sonra isə müvəqqəti azadlığa buraxılıb. O mayın 1-də çağırış aldıqdan sonra məhkəmədə hazır olub, lakin saxlanılıb və zindana aparılıb. O hazırda Təbrizin mərkəzi zindanının 12-ci bölümündədir.
Güney Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali 6-cı gün mayın 31-də zindana qayıdıb. O, Sarab şəhər prokurorunun razılığı ilə müalicə üçün məzuniyyətə buraxılmışdır.
Migren xəstəliyindən əziyyət çəkən azərbaycanlı fəal, bundan öncə dəfələrlə müraciət etsə də, onun zindanın xaricində müalicə edilməsinə icazə verilməmişdir.

Qeyd edək ki, Sarabın inqilab məhkəməsi 2013-cü il mayın 21-də 4 nəfər azərbaycanlı fəal barəsində qərar çıxarıb. Əli Səmədpur, Səhəd Məali, Camal Musəvinejad və Həmid Tohidi Sarabın inqilab məhkəməsi tərəfindən qondarma ittihamla 1 il azadlıqdan məhrum edilib. Həmçinin Əli Səmədpur və Həmid Tohidi digər uydurma ittihamlarla əlavə olaraq daha 1 il, toplam olaraq isə 2 il azadlıqdan məhrum edilib.Xatırladaq ki, iki il öncə Milli Qiyamın May hadisələri ildönümü ərəfəsində Sarabda təxminən 40 nəfər yaxalanmışdır.
Azərbaycanlı milli-mədəni fəal Mahmud Ocaqlu 150 milyon tümənlik mülki vəsiqə qarşılığında zindandan sərbəst buraxılıb.
M.Ocaqlu iyunun 1-də Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıb. O, ötən 21 Fevral-Dünya Ana Dili Günündə keçirilən mərasimə qatıldığına görə daha bir neçə fəalla birlikdə tutuqlanıb və Evin zindanına intiqal edilmişdir. Fəal saxlandığı müddətdə azərbaycanlı fəal Behnam Şeyxinin acınacaqlı durumuna və özünün qeyri-müəyyən vəziyyətinə etiraz olaraq mayın 8-dən 27-dək (ordibeheştin 18-dən xordadın 6-dək) aclıq aksiyası keçirib.

Qeyd edək ki, bundan öncə həmin dosye ilə əlaqadar saxlanılan azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi, Rüstəm Kazimpur və Mənsur Fəthi saxlanma müddətlərini çəkdikdən sonra ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.
Güney Azərbaycanda dirəniş simgəsi kimi tanınan Yeni GAMOH MK üzvü Yürüş Mehrəlibəyli bu saatlarda güney Culfasının həbsxanasına gətirilib.Hal hazırda tək adamlıq bəndə yerləşdirilib.Sabahdan ehtibarən ümumi bəndə veriləcək.Qeyd edək ki,Yürüş Mehrəlibəyli Təbriz mərkəzi həbsxanasında 37 günlük aclıq aksiyasından sonra rejim onun Culfaya verilməsinə razılıq vermişdir.
Azərbaycanlı milli-mədəni fəal, “Laçın” qrupunun üzvü Baqir İbrahimpur yenidən Təbrizin İran Kəşfiyyat Nazirliyi idarəsinə çağırılıb. O çağırışa əsasən mayın 31-də Təbrizin ETTELAAT idarəsində olmalıdır.
Milli-mədəni fəal bundan öncə mayın 28-də ETTELAAT idarəsinə çağırılıb və sorğu-suala tutulub.Adını çəkdiyimiz fəal Uşaq “Laçın” Qrupunun üzvüdür. Həmin qrup mayın 29-da İstanbula səfər planlaşdırıbmış. Məqsəd İstanbulda keçiriləcək Türk Dünyası Uşaq Festivalına qatılmaq olub. Lakin ETTELAAT idarəsini buna imkan verməyib.Məlumata görə, “Laçın” qrupunun üzvlərindən olan Bağır İbrahimpur mayın 28-də ETTELAAT-ın Təbriz şöbəsinə çağırılaraq dindirilib. Ona deyiblər ki, “Laçın” qrupunun üzvləri İstanbula aldıqları biletləri qaytarmalı, festivala qatılmaqdan imtina etməlidirlər.Qeyd edək ki, “Laçın” qrupu 1998-ci ildə yaradılıb. Qrupun əsas fəaliyyəti azərbaycanlı uşaqlara pulsuz ana dili kursları təşkil etmək, onlara Azərbaycan rəqs və musiqisini öyrətmək, Azərbaycan mədəniyyətini təbliğ etməkdir.
Böyük Britaniya vətəndaşı İran məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.47 yaşlı Röya Saberi Negad Nobəxt İslamı təhqir etməkdə təqsirli bilinib.İttihama görə, İrandakı qohumlarını ziyarət zamanı Röya “Facebook” sosial şəbəkəsində ölkə hökumətinin ünvanına aşağılayıcı şərhlər yazıb.Röyanın əri həbs cəzasının ölüm hökmü ilə əvəzlənəcəyindən ehtiyat etdiyini bildirib. O, həyat yoldaşının günahını təzyiq altında etiraf etdiyini deyərək, həbs olunmaqdan qorxduğu üçün İrana getməkdən imtina edib.

Qeyd edək ki, Röya Saberi Negad Nobəxt 2013-cü ilin oktyabrında 8 nəfərlə birlikdə həbs edilib. Hakim rejimin əleyhinə təbliğat aparmaqda və ali dini lideri təhqir etməkdə ittiham olunan bu şəxslərin hamısı 7-20 il həbs cəzası alıb.
İranda islahat tərəfdarı olan gənc jurnalist, “Etimad” və “Ticarəti fərda” qəzetlərinin əməkdaşı Səba Azərpeyk tutulub.İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları Səba Azərpeyki mayın 28-də iş yerində tutub aparıblar.İl yarım əvvəl zindanda işgəncələr altında qətlə yetirilən gənc bloqçu Səttar Behişti haqda yazılar hazırlayaraq sosial şəbəkələrdə yayan Səba Azərpeykin harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.
Səba Azərpeyk 2013-cü ilin yanvarında BBC ilə əməkdaşlıqda günahlandırılan daha 18 jurnalistlə birlikdə tutulmuş və həmin il martın 5-də ailəsinin qoyduğu mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.
Bunlarla yanaşı iran rejimi tərəfindən Urmu gölünün qurudulması və Kürd terrorçularının Urmiyyə vilayətinə köçürülməsi siyasətinə qarşı İran parlamentinin depotatı Qazipu və başqa azərbaycanlı millət vəkilləridə öz etirazlarını bildiriblər.Beləki Təbrizin millət vəkili və Şərqi Azərbaycan millət vəkilləri qurumunun rəisi bildirib ki, “Urmu gölünün durumunun yaxşılaşması ilə bağlı iddialar gülünc doğurur. Gölün suyunun artması üçün ilk öncə əməli tədbir alınmalıdır, Sonra isə vəziyyətin yaxşılaşmasını gözləmək olar”.
Məhəmməd İsmail Səidi əlavə edib ki, “Urmu gölünün vəziyyətinin yaxşılaşması görüləcək işlərdən asılıdır və heç bir iş görülmədən Urmu gölünün vəziyyəti düzəlməyəcək”.Qeyd edək ki, son günlərdə yayılan məlumatlar, şəkillər və ən önəmlisi müxtəlif hökumət rəsmilərini etiraflarına görə, Urmu gölünün 94%-i artıq uruyub. Bu hadisə o zamana təsadüf edir ki, artıq Həsən Ruhaninin prezidentlik dövründən kifayət qədər keçir, lakin heç bir əməli işin görülməsi ilə bağlı hərhansı bir məlumat yoxdur. Təbii olaraq bütün bunlar bölgə əhalisinin ciddi etirazına səbəb olmaqdadır.İran rejimi önləyici tədbirlər həyata keçirməklə gözlənilən faciəni aradan qaldırmaq yerinə, cəmiyyətə yalan məlumatlar ötürür. Bir neçə gün öncə Ətraf-Mühit Təşkilatının rəsmisi Urmu gölünün hazırkı durumu ilə bağlı təmami ilə həqiqətdən kənar açıqlama verib. O bildirib ki, “uydu görüntüləri (mahvarə fotoları) göstərir ki, Urmu gölünün 50% sahəsi su ilə dolub.
Rəsmi açıqlama İran mətbutında da geniş şəkildə yayılıb.Bütün bunlar o halda baş verir ki, Urmu gölündən olan şəkillər, bəzi məsulların etirafları, daxili və xarici mütəxəssislərin açıqlamaları və ən önəmlisi gölün real vəziyyəti, təmami ilə yayılan şayiənin tərsini göstərir!
Kürd terrorizmi aktivləşdikcə Güney Azərbaycanın qərb bölgələrinə iddialar açıq müstəviyə keçir. Lakin soydaşlarımız terroristlərin planlarına qarşı ciddi reaksiya verməyə davam edirlər.Urmiyənin İran parlamentindəki millət vəkili jurnalistlərə bildirib: “Çoxları Urmiyə ilə bağlı plan cızırdılar. Onlar arzuolunmaz partiyalar vasitəsi ilə Urmiyəni Kürdistan vəya bəzən də Ermənistan xəritəsində göstərirdilər. Lakin Urmiyə Azərbaycanın tarixi torpağıdır.” Nadir Qazipur son vəziyyət və kürd terrorçuları ilə əlaqədar Urmiyənin əminamanlıqda olduğunu bildirib. Qeyd edək ki, Güney Azərbaycanın qərb bölgəsinə göz tikən kürd terrorçuları öz təxribatçı fəaliyyətini müxtəlif şəkildə davam etdirir. Son günlərdə Urmiyə şəhərinin universitetində fəaliyyət göstərən “Qurmanç mədəni-ədəbi mərkəzi” bəyanat yayaraq mühacir kürdləri mayın 29-da (fərvərdinin 8-də) Qərbi Azərbaycan Vilayətinin valiliyi qarşısında toplanmağa çağırıb. Keçmiş təcrübələr göstərib ki, onlar bütün vəziyyətlərdə öz təxribatçı iddialarını irəli sürməyə və imkan olarsa şəhərin təhlükəsizliyinə pozmağa fürsət güdürlər. Bu dəfə isə Urmu gölünü bəhanə ediblər.Bundan öncə isə “Qurmanç mədəni-ədəbi mərkəzi”nin “Urmiyə gölü 100% quruyur, sakit durmayın” adlı bəyanatında, Qərbi Azərbaycan Vilayəti kürdlərin ana torpağı və Kürdüstanın bir parçası kimi qələmə verilib.Kürdüstan xəbər agentliyində yayılan bəyanatın bir hissəsində qeyd olunub: “Kürdüstanın oyanıq vicdanları, hökumətin utancverici siyasəti nəticəsində Kürdistan ekosisteminin gün keçdikcə pozulması və Kürdüstan təbiətinin məhv olunması rəvadırmı?! Hardadır şəhərin tarixi ilə öyünənlər?! Hardadır əhura övladları?!

Son illərdə Şərqi Kürdüstanın bir çox bölgəsi, İlamdan tutmuş Urmiyə və Makıya qədər, hər harda fürsət tapılıbsa, Kürdistanın ekosistemi pozulub. Görəsən belə bir hadisə sadəcə təbii hadisədir və bunun arxasında heç bir siyasət dayanmır?!... .

Xatırladaq ki, PKK, Pjak və digər terrorçu təşkilatların dəstəyi və göstərişi ilə Azərbaycan torpaqlarına göz tikən kürd terrorçuları son illər Qərbi Azərbaycan Vilayətində olduqca aktivləşiblər. İran rejimi Onların fəaliyyəti üçün xüsusi şərait yaradır. Artıq kimsəyə gizli deyil ki, kürd terrorçularının ardıcıl açıq-aşkar ərazi iddialarının arxasında İran rejiminin təhlükəsizlik qüvvələri və İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) dayanır. Buna fakt kimi keçmiş xəbərlərimizdə dəfələrlə məlumatlar yaymışıq.
Bu arda ölkənin bank tarixində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı ən böyük oğurluqda təqsirli bilinən əsas müttəhim Məhafərid Əmirxosrəvinin edamına toxunub.60-dan çox iri şirkətin və bir çox digər ticarət obyektinin sahibi sayılan iş adamı, “Əmir Mənsur Ariya” şirkətlər qrupunun icraçı direktoru Məhafərid Əmirxosrəvi mayın 24-ü sübh saatlarında edam edilib. Müttəhim ailəsi və vəkilinin xəbəri olmadan dar ağacından asılıb.

“Javan” saytı yazır: “O, xalqın və sistemin pulunu mənimsəməkdən daha çox İran İslam Respublikasının abrını ləkələmiş, onun imicinə xələl gətirmişdi. O, ölkənin iqtisadi sisteminə xələl gətirdiyinə görə yer üzündə fəsad törədən şəxs kimi tanınmış, məhkəmənin qərarı ilə ölümə məhkum edilmişdi. Əmirxosrəvi əslində sistemin abrını qoruyub saxlamaq üçün edam edildi. Bununla da cəmiyyət və xalq Məhkəmə Sisteminin bu kimi iqtisadi cinayətlərdə əli olanlara qarşı necə kəskin davrandığının şahidi oldu”.

Məhafərid Əmirxosrəvi yarıqapalı keçirilən məhkəmə iclaslarında bank fırıldaqçılığında tək olmadığını, bu işdə bir sıra rəsmilərin onunla əməkdaşlıq etdiyini və onların yaratdığı imkandan yararlanaraq bu işə cəlb edildiyini, həmin rəsmilərin adlarını ifşa etməyə hazır olduğunu bildirmişdi.

İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei isə bir həftə əvvəl jurnalistlərə açıqlamasında ölkədəki ən böyük bank oğurluğunda onlarla rəsminin qismən əli olduğunu və dindirildiyini bildirsə də onlardan heç birinin adını açıqlamamışdı.

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.

İqtisadi fırıldaqçılıqda əli olan İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri 2011-ci il sentyabrın 27-də istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib və Mahmudrza Xavəri həmin vaxt Kanadaya qaçıb.
Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun mayın 24-də keçirilən iclasında İran İslam Respublikası rəhbərlərinin və digər yüksək rütbəli rəsmilərin sərvətini yoxlamaq barədə layihə qəbul edilib.

Qurumun rəisi keçmiş prezident ayətullah Haşimi Rəfsəncanidir.
Layihəyə əsasən, İranın dini lideri ayətullah Əli Xamneyi, ölkə prezidenti və onun müavinləri, nazirlər və müavinləri, Konstitusiyaya Nəzarət Şurasının üzvləri, Üləma Məclisinin üzvləri, ölkənin baş prokuroru, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, İranın xarici ölkələrdəki səfirləri, İran bank sisteminin rəsmiləri və digər rəsmilər tutduqları vəzifədən əvvəlki və sonrakı dövrlərdə özlərinin və ailə üzvlərinin ümumi sərvət və varidatı haqda hesabat hazırlamalı, İran Məhkəmə Sistemi rəisinə təqdim etməlidir.

İran rəsmilərinin sərvətinin yoxlanması haqda layihə ilk dəfə 2005-ci ildə ölkə parlamentində qaldırılsa da, Konstitusiyaya Nəzarət Şurasının iradlarına görə ləngimiş, sonunda isə 2011-ci ilin aprel ayında baxılması üçün Sistemin Məsləhətini Müəyyənləşdirən Quruma göndərilmişdi.

İran Konstitusiyasının 142-ci bəndinə əsasən, ölkənin dini liderinin, prezident və müavinlərinin, nazirlər və müavinlərinin, eləcə də digər rəsmilərin və onların ailə üzvləri və övladlarının sərvətini (tutduqları vəzifədən əvvəl və vəzifəyə keçəndən sonrakı dövrdə) İran Məhkəmə Sistemi rəisi araşdırmalıdır.Bu arada hakimyyət daxili fikir ayrılıqda yenə gündəmə gəlib İran prezidenti Həsən Ruhani Tehranda “Ümumi sağlamlıq sığortası” adlı toplantıdakı çıxışında insanlarla davranış zamanı Məhəmməd peyğəmbərdən örnək götürməyə çağırıb.

Həsən Ruhani deyib: “Gəlin insanların şəxsi həyatına bu qədər müdaxilə etməyək, onları sıxışdırmayaq. Niyyətimiz nə qədər yaxşı olsa da, gəlin bunu etməyək. İmkan verək ki, insanlar mənəvi baxımdan sağlam olsunlar. İmkan verək ki, insanlar cənnətin yolunu özləri seçsinlər. Qamçı və şallaq gücünə insanları cənnətə göndərmək olmaz. Bu işdə islam peyğəmbəri Həzrət Məhəmmədi nümunə götürməliyik. İslam peyğəmbərinin şallağı yox idi. O, əlinə qamçı almazdı. O, sadəcə olaraq insanlara ümid verər, onlara haqq yolunu göstərərdi.

Axı nəyə görə biz müxtəlif və əsassız bəhanələrlə ən kiçik məsələlərə görə yerli-yersiz insanların şəxsi həyatına, şəxsi işinə qarışmalı, onları sıxışdırıb özümüzdən incik salmalıyıq? Gəlin imkan verək ki, onlar şəxsi həyatlarında özlərini rahat hiss etsinlər”.
Ruhani-in bu sözləri rejimin bəzi radikal simalarının narahatlıqına səbəb olub və Ruhaniyə qarşı tənqidi yanaşmalar olub həmin tənqidlərin bəzilərini sizə təqdim edirik.
Axund Əhməd Xatəmi ölkə prezidentinin adını çəkməsə də, dolayı yolla ona cavab verib: “Bəziləri deyirlər ki, insanları öz halına buraxın və onları zor gücünə cənnətə aparmayın. Biz isə deyirik ki, elə söz danışmayın dinsizlər və əcnəbilər ondan faydalansınlar. Siz danışdığınız sözlərin dünya ictimaiyyətində doğurduğu əks-sədaya fikir verin. Görün əcnəbilər sizin bu sözünüzdən necə sui-istifadə edir, sevinirlər.

Cəmiyyətdəki bu hicabsızlar kosmosdan gəlməyib. Hesab edirik ki, ölkə rəsmilərinin bunun qarşısını alması, barələrində ciddi tədbir görməsi vacibdir. Biz dini sistemi qoruyub saxlamalıyıq. Biz heç kəsi zor gücünə cənnətə göndərmək istəmirik. Siz isə bu bəyanatlarınızla cəhənnəmin yolunu başqalarına hamarlamayın. Biz öz sözlərimizlə günahkarları şirnikləndirməməli, onlara haqq qazandırmamalıyıq. Mənim bu sözüm təzə deyil. Əgər problemin həlli istiqamətində bir iş görmək istəmirsinizsə, heç olmasa daş da atmayın”.
İran prezidentini bu fikirlərinə dəstək olaraq Azərbaycanlı Ayətullahda münasibət bildirib.
Şallaq və cənnət-cəhənnəm mübahisəsinə azərbaycanlı ruhani də qoşuldu
Qum dini dairəsinin müxalif ruhanilərindən olan azərbaycanlı ayətullah Əsədullah Bayat Zəncani jurnalistlərə açıqlamasında Tehranın cümə namazının rəhbəri axund Əhməd Xatəminin bir neçə gün əvvəlki bəyanatına kəskin reaksiya verib.İran prezidenti mayın 25-də Tehranda keçirilən bir toplantıdakı çıxışında bəzi din adamlarını insanların şəxsi həyatına müdaxilədə günahlandırıb: “Qamçı və şallaq gücünə insanları cənnətə göndərmək olmaz. Bu işdə islam peyğəmbəri Həzrət Məhəmmədi nümunə götürməliyik. İslam peyğəmbərinin şallağı yox idi. O, əlinə qamçı almazdı. O, sadəcə olaraq insanlara ümid verər, onlara haqq yolunu göstərərdi”.

Mayın 30-da Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi ölkə prezidentinə belə bir cavab verib: “Bu, düzgün yanaşma deyil. Din hakimiyyətinin əsas vəzifəsi cənnətin yolunu insanlara hamarlamaqdır. Hakimiyyətin vəzifəsi də elə bundan ibarətdir. Hakimiyyət bu istiqamətdə addım atmalı, insanlara cənnətin yolunu hamarlamalı, onların cənnətlik olması üçün çalışmalıdır”.

Ayətullah Bayat Zəncani axund Əhməd Xatəminin son bəyanatına toxunub: “Bəzi cənabların “Şallaq gücünə olmuş olsa da insanları cənnətə göndərmək lazımdır” kimi sözünü eşidəndə orta əsrlər yadıma düşür. Bu düşüncə orta əsrlərə aid bir təfəkkürdür. Orta əsrlərdə bəziləri cənnət və cəhənnəmi insanlara satmağa çalışırdılar. Halbuki cənnət və cəhənnəm tək Allahın əlindədir. Bu kimi ifadələri işlədən cənablar bilməlidirlər ki, bu düşüncə tərzi islam təfəkkür sisteminə uyğun deyil”.
İran daxilində olan bu qədər iqtisadi və siyasi böhrana baxmayaraq İran rejimi bölgədə sabitliyi pozmaq və qonuşu ölkələrin daxili işlərinə qarışmaqdan əl çəkmək fikrində deyil beləki, İran rejimi Azərbaycan Respublikasına qarşı öz məkrli siyasətini davam etdirməkdədir.
Son günlərdə Ərdəbil şəhərinin müxtəlif yerlərində “Azərbaycan Respublikasında islamçı məhbusların sərgisi” məzmunlu banelər asılıb.
Şeyx Səfiyyəddin Ərdəbili kompleksində “Azərbaycanın islamçı məhbuslarının ağırlama günləri” şüarı kimi sloqanlarla keçirilən sərgi o halda gündəmə gəlib ki, Azərbaycan Respublikasında zaman-zaman İran kəşfiyyatına bağlı terrorçu dəstələr kəşf olunub və bütün bunların arxasında İran rejiminin durduğu müəyyənləşib. Elə həmin bu banerlərin məzmunu və onların məhz Güney Azərbaycan şəhərlərində yayılması bir müstəqil ölkənin daxili işlərinə qatılmaq və onu gözdən salmağa çalışmaqdan başqa heç bir məntiqlə izah oluna bilməz.
Bu kimi əməlləri ilə öz şovinist simasını gizlətməyə çalışan molla rejimi, o halda islam və müsəlmanların guya hüquqlarından bəhs edir ki, özü islam torpaqlarını işğal edən bir ölkəyə ilə müxtəlif sahələrdə sık əməkdaşlıq edir. Əcəba İran rejimi Ağdam məscinidi heyvanlar üçün tövlə edən erməniləri də belə qınayırmı?!!! Əgər qınayırsa bəs bu səviyyədə əməkdaşlıq hansı məntiqdən irəli gəlir...?!!!
Bunula yanaşı Ermənistan İranla sərhəddə azad ticarət məntəqəsi yaratmağı planlaşdırır. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan açıqlama verib.Onun sözlərinə görə, İranla iqtisadi əlaqələr Ermənistan üçün vacib məsələlərdən biridir: “İran bizim tərəfdaşımız və dostumuzdur”.Nazir bildirib ki, azad ticarət məntəqəsinin yaradılması ilə bağlı layihə həm Ermənistan, həm də xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarının marağına səbəb olub. Nazir azad ticarət məntəqəsinin nə vaxt yaradılacağına və layihəyə nə qədər vəsait sərf ediləcəyinə dair suallara cavab verməyib.

Bub arada İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) generalı, qurumun Quru Qüvvələrinin komandirlərindən olan Abdulla İsgəndəri Suriyada öldürülüb.İran saytları Abdulla İsgəndərinin mayın 26-da öldürüldüyünü bildirsələr də, hadisənin səbəbi və təfərrüatı haqda hər hansı məlumat yaymayıblar.Abdulla İsgəndərinin Suriya prezidenti Bəşər Əsəd hökumətinə müxalif qruplarla silahlı qarşıdurmada öldürüldüyü təxmin edilir.
Son olaraq bunu əlavə edim ki,qərb dövlətlərilə yalançı danışqlara başlayan iran rejimi yenə Amerika və İsrayili məh etməklə hədələyib ABŞ tərəfindən İran İslam respublikasına edilən istənilən hücum İsrailin məhvinə gətirib çıxaracaq. Bunu İran Silahlı Qüvvələri qərargah rəisi müavini, briqada generalı Məsud Cazaeri deyib.ABŞ prezidenti Barak Obama bir neçə gün əvvəl İranın nüvə proqramına dair mübahisəli məsələlərin hələ də həllini tapmadığını deyib.

O, bildirib ki, mübahisəli məsələlərin həlli üçün Vaşinqton bütün variantları nəzərdən keçirir. B.Obamanın açıqlamasına münasibət bildirən M.Cazaeri ABŞ prezidentinin sözlərini belə dəyərləndirib: “Bu uşaq arzusudur. Bu arzular heç vaxt həyata keçmir”.

General bəyan edib ki, ABŞ-ın İrana qarşı edəcəyi istənilən hücumu bölgədə müharibənin genişlənməsinə və İsrail rejiminin məhvinə səbəb olacaq.

“ABŞ və onun tərəfdarlarının həqiqətən İrana hücum etmək imkanı olsaydı, onlar barbarlar kimi bir saniyə belə fikirləşmədən hərəkətə keçərdilər. Çox qəribədir ki, Obama hələ də utanmadan boş-boş danışır”, Məsud Cazaeri bildirib.Yuxarıda qeyd olunanları nəzərə alsaq görərik ki, İran rejimilə hər hansı bir diplomatik danışıq aparmaq vaxt itirməkdən və iranın məkirli siyasətinə meydan verməkdən başa bir şey deyil.

MDHP Güney Azərbaycan Departamentinin Rəhbəri
Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed