Şrift:
Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim kitabının təqdimatı keçirildi(Video)
10.06.2014 [17:20] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Məlum olduğu kimi Son günlərdə Milli Dirçəliş Hərəıkatı Partiyası-ın Sədri,Millət vəkili Fərəc Quliyev-in sifarişi və AMEA Z.Bünyadov ad. Şərqşünaslıq institutunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, AMEA Z.Bünyadov ad. Şərqşünaslıq institutunun Güney Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə-in hazırladığı “Güney və Quzey Azərbaycan:ensiklopedik təqvim” kitabı işıq üzü görüb.Həmin kitabın təqdimat mərasimi 10.06.2014-ci il tarixində saat 11.00- an 12.30- ək Bakı şəhəri Yasaml rayonu mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzində keçirildi.
Mərasimdə MDHP rəhbərliyiilə yanaşı, ölkənin tanınmış tarixçi alimləri,Millət vəkilləri,ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edirdi.Tədbiri Azərbaycanın Milli Himni və şəhidlərimizi yad etməklə açan MDHP Güney Azərbaycan Departamenti-in Rəhbəri Əlirza Amanbəyli MDHP-in fəaliyyəti və həyata keçirdiyi milli vətən pərvərlik və milli marifləndirmə layihələri haqda tədbir iştirakçılarına qısa məlumat verdikdən sonra ilk sözü MDHP Sədri Millət vəkili Fərəc Quliyevə verdi.
Fərəc bəy öz çıxışında kitabın ərsəyə gəlməsində uzun illərdən bəri böyük əməyi olan müəlliflər Doktor Əkrəm Rəhimli və Doktor Səməd Bayramzadə-in əməyini yüksək qimətləndirdi və bir daha qeyd etdi bu təqvim məllimlərin, yeni nəsil gənclərimizin,tələbə və şagirdlərin Bütöv bir Azərbaycan xalqının həqiqi tarixini və bu millətin görkəmli şəxsiyyətləri haqda düzgün və dolğun məlumata yiələnməsinə yardımçı olacaq və biz bundan sonrada bu kimi layihələr həyata keçirəcəyik.

Tədbirdə çıxış edənlər:
Giriş sözü (Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev;
Kitabda gedən siyasi şəxsiyyətlər barədə: Səttarxan, Xiyabani, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Əbulfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev (“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev);
Kitabda başlıca tarixi olayların xronologiyası barədə (AMEA Tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dilavər Əzimli);
Kitabda Güney Azərbaycan ədəbiyyatına bir baxış (AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat institutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor İslam Qəribli);
Quzüy Azərbaycan ədəbiyyatına bir baxış (AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat institutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Vüqar Əhməd);

Kitabdakı nadir tarixi sənədlər haqqında (AMEA Z.Bünyadov ad. Şərqşünaslıq institutunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, AMEA Z.Bünyadov ad. Şərqşünaslıq institutunun Güney Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə.
Sonda tədbir iştirakçıları, Türk tarixinin tanınmış arşdırıcısı Aydın Mədətoğlu,Bütöv Azərbaycan mücadiləsinin tanınmış simalarından olan Əjdər Təğizadə,MDHP Mədəniyyət məsələləri üzrə sədrin müşaviri tanınmış şaır və yazıçı Niftalı Göyçəli kitab haqda öz təsüratlarını bildirdilər.
Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim kitabının təqdimatı keçirildi(Video)









MDHP mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed