Şrift:
Bakıda bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxs tutulub
19.06.2014 [11:15] - Gündəm, Sosial
Bakıda bankomatlardan vətəndaşlarını pulunu oğurlayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluq və oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 1981-ci il təvəllüdlü Samir Xəlilov tutulub.
Müəyyən edilib ki, S.Xəlilov ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq edib. Bu il yanvarın 16-da Ş.Mirzəyev küçəsində yerləşən bankomatından Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed