Şrift:
Çexiyada Qarabağa aid məlumat çadırı qurulub
01.07.2014 [11:09] - Xəbərlər, Sosial
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsi çərçivəsində dəstəklədiyi Çexiyanın Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi təşkilatı Praqa şəhərinin mərkəzi Na Prikope küçəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlumatlandırma kampaniyası keçirib.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, təşkilat kampaniya çərçivəsində təbliğat çadırı quraraq, vətəndaşlara çex və ingilis dillərində Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini əks etdirən broşürlər, işğal altında olan ərazilərimizin xəritələrini, dağıdılmış yaşayış məntəqələrimizin şəkillərini paylayıb, Praqa sakinlərinin müvafiq suallarını cavablandırıb.
QHT təmsilçiləri aksiyaya maraq göstərən vətəndaşlara "Xocalıya ədalət" və "Şuşaya Azadlıq" kampaniyaları haqqında da ətraflı məlumatlar verərək, onlara Azərbaycanın Qarabağ problemi ilə əlaqədar milli mövqeyini əks etdirən internet resurslarının ünvanlarını təqdim ediblər.
Qeyd etmək lazımdır ki, əvvəllər də müxtəlif QHT-lərin bu cür məlumat çadırları qurmaq təşəbbüsləri olsa da, Praqa meriyası müraciətləri müsbət cavablandırmamışdı. Təhsil və Tolerantlığın Təşviqi Mərkəzinin uzun, israrlı tələbindən sonra məlumat çadırının qurulmasını meriya ilə razılaşdırmaq mümkün olub.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed