Şrift:
Türkiyə üzr istətdi
15.12.2011 [18:32] - Xəbərlər
İran Xarici işlər Naziri Əli Əkbər Salehidən açıqlama gəldi. Son günlər Türkiyəni təhdid edən İrandan bu dəfə dostluq mesajları gəldi...
Salehi öz çıxışında, mətbuata əks olunan Türkiyə əleyhinə çıxışlarda, bəzi maraqlı dairələrin əli olduğunu söylədi.
Bundan əlavə Nazir Salehi bildirdi ki, "İranı beynəlxalq arenada dövlət adından yalnız Dini lider Ayətullah Əli Xamneyi, prezident, xarici işlər naziri təmsil edə bilər. Bunlardan başqa, çıxış edənlərin fikirləri yalnız öz şəxsi fikirləridir. Məsuliyyətsiz və şüursuz çıxış edən bu şəxslərə lazım olan xəbərdarlığı etdik.
Əziz Türk xalqı, başda hörmətli Gül, Ərdoğan və Davutoğlu olmaqla, Türk dövlət adamları bilsin ki, İran İslam Respublikasının Türkiyəyə rəsmi baxışı dərin qardaşlıq və dostluq əsasına söykənir"
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed