Şrift:
Əli Abbasov: Azərbaycan və İran İT sahəsində həll olunmamış bütün məsələləri razılaşdırıblar
04.07.2014 [12:53] - Güney Azərbaycan xəbərləri, Sosial
Azərbaycan və İran sərhədyanı ərazilərdə tezlik ehtiyatlarının tənzimlənməsi üzrə həll olunmamış bütün məsələləri razılaşdırıblar. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, TV və radio yayımında radiotezlik spektrinin tənzimlənməsi məsələləri, eləcə də beynəlxalq trafikin tranziti iyunda Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri çərçivəsində iki ölkənin nazirlikləri arasında keçirilən danışıqların əsas mövzuları olub.
Nazirin qeyd etdiyi kimi, nazirliyin nümayəndə heyətinin Tehrana səfəri mühüm əhəmiyyət kəsb edir və işlərin iki istiqamətini nəzərdə tutur: Birincisi, teleradio yayımının radio tezlik spektrindən istifadə problemlərinin həlli və beynəlxalq trafikin tranziti. İkincisi, İranın IT sahəsində informasiya texnologiyaları bazarında Azərbaycan sahibkarlarının iştirakının genişləndirilməsi.
Abbasov bildirib: "Hazırda biz tezliklərin tənzimlənməsi və efir məkanına müdaxilə sahəsində həll edilməmiş məsələlərin hamısını tam həll etmişik. Habelə mobil rabitə tezliklərindən istifadə məsələləri tənzimlənib".
İran bazarında Azərbaycan sahibkarlarının iştirakının genişləndirilməsinə gəldikdə, onun sözlərinə görə, bu məsələyə bundan əvvəl iki ölkənin dövlət başçılarının görüşü çərçivəsində toxunulub.
Nazir deyib: "Tehranda keçirilən biznes forum çərçivəsində bu sahədə konkret razılaşmaya nail olunub. Güman edirəm ki, Azərbaycan şirkətlərinin İran bazarına çıxışı daha da genişlənəcək"
Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed