Şrift:
Azərbaycanlı Jurnalist Məhəmmədəli Qəribli ”Heydər Əliyev» qızıl medalı ilə təltif olundu
06.07.2014 [13:14] - Gündəm, Sosial
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun mətbuat xidmətinin yaydığı məlumata görə, azərbaycanlı jurnalist, «Bakı-Xəbər» qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli Fondun təsis etdiyi ən ali mükafat sayılan — «Heydər Əliyev» qızıl medalı ilə təltif olunub. Jurnalist bu mükafata Azərbaycan diasporunun fəaliyyətinin aktiv işiqlandırılması, türkdilli xalqlar arasında dostluq və mədəni münasibətlərinin qurulması və türkdilli dövlətlərlə bağlı apardığı silsilə araşdırmalara görə layiq görülüb.

Medalın təqdimetmə mərasimi avqust ayının birinci ongünlüyündə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Bakıda təşkil edəcəyi Azərbaycan, Qırğızstan, Rusiya, Qazaxstan və İsrail arasında mədəni əlaqələrin inkişafı adlı beynəlxalq forumda olacaq. Qeyd edək ki, forumda RF-dan Yevgeniy Velixovun , Qazaxstandan Muxtar Şaxanovun , Qırğızstandan İlgiz Aytmatovun başçılıq edəcəyi nüfuzlu nümayəndə heyətləri iştirak edəcək. Medal tədbir çərçivəsində təntənəli şəkildə jurnalistə təqdim olunacaq. Xatırladaq ki, forumda digər tanınmış şəxslərlə yanaşı deputatların, nazirlərin də iştirakı gözlənilir. Həmçinin forum çərçivəsində Muxtar Şaxanovun Fondun sifarişi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş «Həqiqət formulu və məhəbbətin Everest zirvəsi» kitabının təqdimatı, fondun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının lentə aldığı «Çingiz Aytmatov- sivilizasiyanın dialoqu» sənədli filminin çəkilmiş hissəsi nümayiş etdiriləcəkdir. Muxtar Şaxanovun «Həqiqət formulu və məhəbbətin Everest zirvəsi» adlı əsərinin böyük bir hissəsi Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuşdur.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının lentə aldığı «Çingiz Aytmatov- sivilizasiyanın dialoqu» sənədli filmində 2008 ci ildə Bişkekdə Ulu Öndərin 85 illiyi ilə əlaqədar fond tərəfindən keçirilən tədbirdə Çingiz Aytmatovun çıxışı öz əksini tapıb. Bundan başqa, 2008 ci il Qırğızstanda Çingiz Aytmatov ili elan olunmuşdu. Tale belə gətirdi ki Çingiz Aytmatovun yubileyi təkcə Azərbaycanda fondun təşəbbüsü və maliyə dəstəyi ilə qeyd olundu. Fevral ayının 25 də Azərbaycanın Prezidenti İlham Əliyev Çingiz Aytmatovu fondun sədri ilə birlikdə qəbul etmiş və Prezident sədri bir nömrəli Dostluq ordeni ilə təltif etmişdir. Həmin görüntülər də filmdə öz əksini tapmışdır.

Xatırladaq ki, Fondun 2007-ci ildə təsis etdiyi bu mükafata ən ali dövlət xadimləri və elm adamları layiq görülüb. «Heydər Əliyev» qızıl medalını laureatları arasında: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Racəb Tayib Ərdoğan, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov, Qırğız- Türk “Manas” universitetinin rektoru Səbahəddin Baldcı var.

Azərbaycanlı Jurnalist Məhəmmədəli Qəribli ”Heydər Əliyev» qızıl medalı ilə təltif olundu

Bişkek şəhərində fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu bir sıra beynəlxalq tədbirlərə imza atmışdır. 2008 ci ildə xalq diplomatiyası çərçivəsində Çingiz Aytmatovun Azərbaycana səfərini təşkil etmiş, 2007 ildə Bişkekdə birinci, 2007 ci ildə Almatıda ikinci, 2008 ci ildə Azərbaycanda üçüncü “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” adlı beynəlxalq elmi nəzəri konfrans keçirmişdir. 2007 ci il dekabr ayının 12 də Almatıda keçirdiyi ikinci beynəlxalq elmi nəzəri konfrans ilin mühüm hadisəsi elan edilmişdir. Fond, Ulu Öndərin irsinin təbliği, Azərbaycan həqiqətlərinin, elminin, ədəbiyyatının Orta Asiya və Qazaxstan ölkələrində öyrənilməsi şərçivəsində Azərbaycan yazıçılarının, alımlərinin, siyasətçilərinin 59 kitabını qırğız, rus, Qazax və ingilis dillərinə tərcümə etdirərək nəşr etdirib və pulsuz yayıb. 2009 cu ildə Bişkekdə ingilis və rus dillərində nəşr etdirib pulsuz yaydığı “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” kitabına görə mənfur qonşularımız Qırğızstan XİN-ə etiraz notası vermişdi.

Azərbaycanlı Jurnalist Məhəmmədəli Qəribli ”Heydər Əliyev» qızıl medalı ilə təltif olundu
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed