Şrift:
Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır
10.07.2014 [11:57] - Gündəm, Sosial
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanıb və bu proses iyulun 10-da saat 17:00-da başa çatır.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və əmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed