Şrift:
Azərbaycanda 2014-2015-ci dərs ilinə aid tədris planları təsdiq edilib
12.07.2014 [11:46] - Gündəm, Sosial
Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2014-2015-ci dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq edilib. Bunlara ümumtəhsil məktəblərinin I-VII sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-VII sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr), azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları, tədris planlarına dair "Qeydlər” daxildir.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil, İqtisadiyyat və Tədris resursları şöbəsinə tapşırılıb ki, tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed