Şrift:
İlham Əliyev akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
17.07.2014 [09:54] - Xəbərlər, Sosial
Prezident İlham Əliyev akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, 2014-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, professor Validə Xaspolad qızı Tutayuqun anadan olmasının 100 illiyi tamam olur.

Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr vermiş və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Sərəncama əsasən, ölkəmizdə elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Validə Tutayuqun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed