Şrift:
Rusiyada banka hücum edərək 18 milyon rubl aparan Ermənistan vətəndaşları yaxalanıb
25.09.2014 [13:48] - Gündəm, Hadisə
Rusiyada banka hücum edərək 18 milyon rubl (475 min ABŞ dolları) aparan Ermənistan vətəndaşlarından ibarət dəstə yaxalanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Kaluqa vilayətində yerləşən banka hücum edən Ermənistan vətəndaşlarından ibarət cinayətkar dəstə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva vilayətində saxlanılıb. Dəstə üzvlərindən travmatik tapançalar, rabitə əlaqəsi yaradan vasitələr və cinayətdə istifadə olunan avtomobil götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ermənistan vətəndaşlarını 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev bildirib ki, 2014-cü ilin birinci yarısında əcnəbilər ölkə ərazisində 24,5 min cinayət törədiblər. Onun sözlərinə görə, bu cinayətlərin 26 faizi MDB ölkələrinin vətəndaşları tərəfindən törədilib.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed