Şrift:
MDHP sədri Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir.
03.10.2014 [10:55] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
MDHP Sədri, Millət Vəkili Fərəc Quliyevin "QURBAN BAYRAMI" təbriki.


SAYQIDƏYƏR AZƏRBAYCAN XALQI!

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Bütöv Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı insanlıq tarixinin möhtəşəm səhifəsini təşkil edən islamın yer üzünə göndərilməsini özündə etiva edir. Bu əlamətdar gündə müsəlmanlar islam ayinlərini icra etməklə, xeyirxah əməllərlə hər cür fədakarlığa hazır olmanın və Tanrıya yaxınlığın sevincini yaşayırlar.

Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını diləyirəm.

Sizi, Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir,
Sizə can sağlığı, milli və şəxsi səadət arzulayıram.
Tanrı Sizi və Millətimizi qorusun!

Sayqılarla: Milli Dirçıliş Hərəkatı Partiyasını sədri,
Millət Vəkili FƏRƏC QULİYEV
Bu xəbər oxucular tərəfindən 3412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed