Şrift:
Gənc siyasətçilərimiz Ermənistanın layihəsinə qoşulublar
14.11.2014 [13:12] - Gündəm, Gənclik, Siyasi partiyalar
Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin gənclər üzrə müşaviri Coşqun Dadaşovdur.

Coşqun Dadaşov: “Ermənistanın təqdim etdiyi layihə qeyri mümkün göründüyü halda , ona qoşulmağın əslində sifarişli olmasını göstərir.”

Coşqun Dadaşov: “Bildiyiniz kimi nəinki hər hansı bir layihə çərçivəsində, ümumiyyətlə Ermənistanla əməkdaşlıq edən partiyalar var ki, onların xaricdən qrant almaq üçün belə bir əməkdaşlığa getmələri danılmazdır.”


Hollandiyanın Çoxpartiyalı Demokratiya İnstitutunun təşkilatçılığı ilə keçirilən Cənubi Qafqazın Gənc Siyasətçilərin Forumu tədbirləri çərçivəsində Gürcüstanda təlim keçirilmişdir. Keçirilən təlimdə Azərbaycandan da nümayəndə heyyəti iştirak etmişdir. Təlimlərdə iştirak etmiş Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin gənclər üzrə müşaviri Coşqun Dadaşov bununla bağlı davam.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Coşqun bəy, təlimlərdə hansı səlahiyyətlə, yəni nə sifətlə iştirak edirdiniz?

- Bu təlimlər Cənubi Qafqazın Gənc Siyasətçilərin Forumu tədbirləri çərçivəsində keçirilir ki, burda da region ölkələrində fəaliyyət göstərən partiyaların gənclər təşkilatları təmsil olunur. Mən Azərbaycan nümayəndə heyətində Milli Dirçəliş Hərəkatı Partiyasını təmsil edirdim.

- Azərbaycanı başqa hansı siyasi partiyalar təmsil edirdi?

- Təlimdə Azərbaycanı Milli Dirçəliş Hərəkatı Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ümid Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Demokratik İslahatlar Partiyası, və Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndələrindən ibarət 12 nəfərlik heyətlə təmsil etdik.

- Təlimdə əsas müzakirə mövzusu nədən ibarət idi?

- Keçirilmiş təlim fundreyzinqin əsaslarının öyrənilməsi, siyasi partiyaların maliyələşdirilməsi və Cənubi Qafqaz ölkələrini əhatə edəcək layihələrin müzakirəsi üzrə oldu.

- Siyasi partiyaların maliyələşdirilməsi nəyi nəzərdə tuturdu?

- Siyasi partiyaların maliyyələşməsiylə bağlı Gürcüstan və bizim dövlətimizdə olan qanunları müzakirə etdik. Qeyd edim ki, müzakirələrdə mən, Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinin partiyaların parlamentdə neçə nümayəndə ilə təmsil oldunmasından aslı olduğu, ayrılan vəsaitin xərclənmə istiqamətləri haqda məlumat verdim.

- Deyirsiniz Cənubi Qafqaz ölkələrini əhatə edəcək layihələrin müzakirəsi oldu. Söhbət hansı layihələrdən gedir?

-Cənubi Qafqazda yerləşən 3 ölkəni əhatə edəcək bir layihənin yazılması idi. Müvafiq olaraq Azərbaycan, Gürcüstan və Ermənistan öz layihələrini təqdim etməklə, hər 3 ölkənin gənclərinin münaqişədən uzaq mövzularda ortaq bir layihə daxilində əməkdaşlığı nəzərdə tutulurdu. Gürcüstanın təqdim etdiyi layihə Gənclərin Cənubi Qafqaz Konsulluğu layihəsi idi. Təqdim edilən layihədə təhsil, sağlamlıq, iqtisadiyyat, sosial məsələlər və s. mövzularda müzakirə nəzərdə tuturdu. Ermənistan isə Cənubi Qafqaz Gənclər Parlamenti layihəsi ilə çıxış edirdi. Azərbaycan nümayəndə heyəti isə, sərhəd bölgəsində müharibənin törətdiyi fəsadları əks etdirən filmlərin hazırlanması layihəsini teqdim etdi. Forum iştirakçısı olan gənclər bu layihələtdə öz iştirakını seçirdilər.

- Siz hansı layihədə iştirak etməyi seçdiniz?

- Ermənistan və Gürcüstanın təklif etdiyi layihələrin həyata keçirilməsini absurd olduğunu bildirərək, Azərbaycanın layihəsində işritakımı təsdiqlədim. Çünki Ermənistan və Gürcüstanın təklif etdiyi layihələrdə konflikt doğuracaq mövzuların müzakirə edilməməsinin mümkün olmadığını hesab edirəm.

- Azərbaycan nümayəndə heyyətindən Ermənistanın layihəsində iştirak edən oldumu?

- Hər halda Ermənistanla əməkdaşlıq edən partiyaların gənclərinin də iştirak etdiyini nəzərə alsaq, bu haqqda bir fikir deməyə dəyməz. Bildiyiniz kimi nəinki hər hansı bir layihə çərçivəsində, ümumiyyətlə Ermənistanla əməkdaşlıq edən partiyalar var ki, onların xaricdən qrant almaq üçün belə bir əməkdaşlığa getmələri danılmazdır. Bayaq qeyd etdiyim kimi, Ermənistanın təqdim etdiyi layihə qeyri mümkün göründüyü halda , ona qoşulmağın əslində sifarişli olmasını göstərir. Yəni, demək olar ki, layihənin mahiyyəti heç bir rol oynamır. Sadəcə əməkdaşlıq olsun.

- Siz nəzərdə tutulan forum üçün bu cür təlimlərin keçirilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Hər halda keçirilən bu təlimlər çox əlverişli bir forumun olacağından xəbər verir. Bunun üçün Hollandiyanın Çoxpartiyalı Demokratiya İnstitutuna təşəkkülərimi bildirirəm.

Müsahibəni götürdü: Leyla Cahangirzadə
Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed