Şrift:
Xankişiyev Vüqar Əsgər oğlu fəal partiya silahdaşımızdır
27.11.2014 [11:43] - Gündəm, Siyasi partiyalar, DAVAMın yazıları
Xankişiyev Vüqar Əsgər oğlu 23.08.1972-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. MDHP Beyləqan rayon şöbəsinin sədridir.

Bu yazının mövzusunu Vüqarla söhbət əsasında düşündüm. Vüqar payonda olan sosial-ictimai vəziyyətlə bağlı bəzi hadisələr haqqında danışırdı. Vəziyyət o yrdə olur ki, bir ailənin başçısı həbsdədir və ailənin qadını sosial bir sənədin hüquqi tərəfi olmaq üçün həyat yoldaşının imzası “zərurətillə” rastlaşır. Qadının isə yol pulu yoxdur və Beyləqandan Bakıya gəlib həyat yoldaşı ilə görüşsün ki, sənədi imzalatsın. Qadın bir il müddətində rayonun aidiyyatı idarəsinin məmurunun qəbuluna gedib-gəlməklə məsələnin nə yerdə olduğunu sonradan bilir ki, hökmən sənədə həyat yoldaşı imza atmalıdır. Əslində bu imza o qədər də zəruri deyildir... Vüqar xüsusi avtomobili olan bir qohumu ilə həmin qadını yanında uşağı olmaqla, həbsxanadakı yoldaşının görüşünə yola salır. Qadın sənədi imzaladıb, gətirib məmura təqdim etdikdən sonra iş qaydasına düşür... Bəli, Beyləqandan uzaq bir məsafəyə maşınla gedib-gəlmək üçün elə bezin pulu xeyli xərc tələb edir, Vüqar bu pulu özü ödəmişdir. Digər bir tərəfdən ailə başçısı həbsdə olan və dört uşaqla bir damın altda heç bir yerdən pul almayan ananın maddi durumu hər kəsə bəllidir...Kaş ki, hamımız Vüqar kimi bu düşüncə və xeyirxah əməldə olaq!..
Vüqarla söhbət zamanı yaşadığı kəndin sosial-iqtisadi vəziyyətindən xəbərdar olmaq üçün kənt həyatının bəzi problemləri ilə maraqlandım və suallar verirdim:
-Vüqar, kəndin yolları necədir, ümumiyyətlə, gün-güzəran nə yerdədir? O bir qədər fikirli və üzündə təbəssümlə cavab verdi:
- Mənə yaxın olan və yardım edən imkanlı adamların, dostların köməyilə yollara çınqıl tökmüşük, körpüləri təmir eləmişik. Yol işimiz qaydasındadır. Gün-güzərandır də, kasıbı, nisbətən imkanlısı- camaatın gəliri kəndin təsərrüfatından asılıdır. Mənim əsas istəyim ondan ibarətdir ki, kəndin hər bir ailəsinin yeməyə çörəyi, geynməyə paltarı olsun. Qalan yaşayış tələbləri də təsərrüfatdan əldə olunan məhsuldan asılıdır. Bunun üçün də əkin və suvarma işlərinin qaydasında getməsinə hər vasitə ilə nəzarət edirəm. Bəzən olub ki, öz cibimdən pul xərcləyib bu işləri qaydasına salmışam. Allaha şükür olsun! Bu il hamı da yaxşı məhsul əldə edə bildi, camaatın xoş gün-güzaranını görəndə özümü çox rahat hiss edirəm. Kəntdə dini mərasimlərdə “İmam ehsanı” təşkil etmişdik, bu fürsətdən istifadə edib imkansız, kasıb ailələrə ərzaqla yardım etmişdik. Sonra “Qurban Bayramı”nda yenə imkansızlara qurban əti paylamışıq. Bu işlərdə mənə qoşulan yaxın dostlarım var, eyni zamanda vəzifəli şəxslərdən də mənə dəstək verənlər var. Allah bütün millətimizə kömək olsun! Beləcə, həyatdır yaşayırıq, “Qrabağ” dərdimiz tezliklə həll olaydı!.. Allah bizə kömək olsun!
Bu yazıda görülən çox işlər haqqında detallarla deyil, qısa məlumatlar yazdım. Əsasən fəal partiya silahdazlarımızdan bir gəncin belə millətsevərliyinin məndə yaratdığı qürüru oxucularla bölüşmək istədim.

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed