Şrift:
21 Azər ərəfəsində paniranistlər Azərbaycana qarşı tədbir keçiriblər
18.12.2014 [10:47] - Güney Azərbaycan xəbərləri
Azərbaycan türkləri “21 Azər”in 69-cü ildönümünü müxtəlif tədbirlərlə qeyd etdikləri halda paniranistlər də əks tədbirlər keçirir.
1945-ci il azər ayının 21-də ( dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. “S.C.Pişəvəri Milli Azadlıq Hərəkatının ən önəmli şəxslərindən biri olub. Onun yaratdığı hökumətin adı Azərbaycan Milli Hökuməti idi və bu, Azərbaycan tarixinə, milli oyanış hərəkatına əvəzolunmaz töhfələr verib”. Bu hadisə tarixə “21 Azər Hərəkatı” kimi düşüb. Bu münasibətlə həmin günün ildönümündə soydaşlarımız tərəfindən bir sıra tədbir və mərasimlər həyata keçirilir. Bu arada fars şovinizmi də sakit oturmur.

Keçən günlərdə Tehran universitetinin ədəbiyyat fakultetində “İran və Azərbaycan ikinci dünya müharibəsindən sonra” mövzusunda seminar keçirilib. Bu seminarda məşhur paniranist irqçilər o cümlədən Kavə Bəyat, Ehsan Huşmənd, Mənsur Həqiqətpur və Salar Seyfəddini çıxış ediblər.

Bütün çıxışçılar bir çox təhrif və yalanlarla yanaşı cinayətkar Pəhləvi rejimini Azərbaycanın qurtarıcısı kimi təqdim edib, mərhum Pişəvəri və onun silahdaşları xain kimi göstəriblər. Onlar Milli Hökumətin bir illik fəaliyyət dövründə gördüyü inanılmaz xidmətləri gizlədərək onu dağıdıcı bir hökumət kimi qələmə veriblər.

Sözü gedən tədbirdə Milli Hökumətin qurucularından başqa Azərbaycan türk milləti də təhqir olub. Onlar Azərbaycan türklərini Pişəvəri və onun silahdaşlarına qoşulduğuna görə onları nadanlıq və cahillikdə ittiham ediblər.

Lakin paniranistlər bir məsələyə nə indi və nə digər tədbirlərdə heç vaxt işarə etməyiblər. Cinayətkar Pəhləvi Hakimiyyətinin Azərbaycanda törətdiyi qətliamlar, Demokrat Firqəsi üzvlərininin diri-diri yandırılması, onminlərlə insanın sürgün edilməsi, Təbrizdə türkcə yazılmış kitabların yandırılması və s. kimi cinayətlərdən söz açılmayıb!
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed